ABŞ yenə qəribə bir məlumatdan yaranan çaxnaşmanı araşdırır. SİA-nın məlumatına görə, paytaxt Vaşinqtonda yerləşən məktəblərə "ağ toz" maddəsi ilə bağlı məlumat daxil olub. Məlumatda bildirilib ki, 34 məktəbə dünən və bu gün içində ağ toz narkotik maddə olan 39 məktub göndərilib.
Yayılan xəbərlərdən sonra Vaşinqton dərhal istintaq işi başladıb. Araşdırmalar nəticəsində Amerika Federal İstintaq Bürosu (FBI) tərəfindən verilən açıqlamada məlumatın yalan olduğu nəzərə çatdırılıb: "Daxil olan məlumatlar FBI-ın bütün qüvvələrini hərəkətə keçirdi, agentlərimiz 28 məktəbdə araşdırma aparıblar. Nəticədə qeyd olunan heç bir məktəbə göndərilən məktubların içərisində narkotik maddə tapılmayıb". Qeyd edək ki, müzakirə obyekti olan şübhəli məktublar Dallasdan göndərilibmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB