Kolumbiyada Usamə bin Ladenin pərəstişkarı ortaya çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ladenin qəribə pərəstişkarı onun bütün həyat və fəaliyyətini illərdir fasiləsiz izləyir. Belə ki, Kolumbiyanın paytaxtı Boqotada yaşayan Hasmet Hicster Londono artıq 7 ildir ki, Ladenin paltarlarına bənzər geyinir, saqqal buraxır hətta silah daşıyır.
Geyim tərzi, baş sarığı və saqqalı ilə Ladendən fərqlənməyən Londono,yaşadığı məhəllədəki yoldaşları tərəfindən "Kolumbiyalı bin Laden" adı ilə çağrılır.
Bu halından məmnun olduğunu deyən pərəstişkar əsla bu tərzini dəyişməyəcəyini bildirib: "Mən artıq 7 ildir ki, Üsamə bin Ladeni bacardığım qədər hər yerdə göstərir, yaşadıram. Məhəllədə və şəhərdə məni görənlər bəzən onunla qarışıq salırlar. Mənə Kolumbiyanın Ladeni deyirlər və mən bundan qürur duyuram, çünki əsas məqsədim də məhz budur. Yəni mən ona bənzəməkdən və bu bənzərliyin hiss edilməsindən zövq alıram"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB