AXCP sədri özünü rüsvay etməkdə davam edir
AXCP sədri Əli Kərimlinin özünü hamıdan artıq “siyasətçi” kimi təqdim etməsi, əslində onun özü barədə həddindən artıq yüksək fikirlərdə olduğunu nümayiş etdirsə də, həqiqətdə bu adamın ümumiyyətlə, siyasi bilgisinin olmadığı zaman-zaman irəli sürdüyü fikirlərində də yer alır. Belə ki, daim qərəz və ölkənin əldə etdiyi istənilən uğurlara düşmən nəzərləri ilə baxan bu ünsürün, hətta ümummilli məsələlərdə belə, qısqanclıqla yanaşması dəfələrlə sübuta yetirilib.
Məhz belə bir məqamda özünü “siyasətçi” kimi ictimai rəyə zorla sırıyan, amma cəmiyyət arasında siyasətbaz kimi tanınan Ə.Kərimli bir daha özünüifşa ilə nəticələnən fikirləri sayəsində biabır edib, hətta deyərdik ki, özünü “yandırıb”.
Türk qardaşlarımız buraya hər hansı əyləncəyə, ya da istirahətə gəlməmişdilər
Misal üçün, Avropada erməni dəyirmanına su tökməklə erməni çörəyi yeyənlərin canlı yayımlarından birinə qatılan AXCP sədri bu dəfə Azərbaycanla -Türkiyə və Azərbaycan-Rusiya arasında olan siyasi və s. əlaqələrdən danışaraq, gerçəkdə hansı xislətə malik olduğunu sərgiləyib. O, öz dar düşüncəsinə qapılaraq səmərəsiz aləmində iddia edib ki, sən demə Azərbaycan dövləti Türkiyə və Rusiya hərbçilərin gəlişi zamanı ayrı-seçkilik edib, hətta iki dövlət arasında birini digərindən “üstün” tutub və s. Nidalı suallar yaradan bu cür bir sərsəm düşüncəni araşdırarkən, Ə.Kərimlinin dediklərindən belə çıxır ki, istər Naxçıvan ərazisində, istərsə də ölkəmizin digər bölgələrində keçirilən hərbi təlimlər zamanı Azərbyacan tərəfi təlimlər yox, şou-konsert təşkil etməli imiş və s. Bu adam ümumiyyətlə, anlamır ki, Türkiyənin ordu birləşmələri Azərbaycana birgə hərbi təlimlər keçirməyə gəlmişdi və bu təlimlər özünün peşəkarlığı, qüdrəti və dünyaya saldığı əks-sədası ilə bir daha ölkələrimiz arasındakı sarsılmaz birliyi sübuta yetirdi. Yəni türk qardaşlarımız buraya hər hansı əyləncəyə, ya da istirahətə gəlməmişdilər.
“Dəniz kuboku” müsabiqəsi adından da göründüyü kimi, sırf hərbi deyil, bir növ, idman yarışı xarakterini daşımaqdadır
Rusiyaya gəlincə isə, Şimal qonşumuzun iki hərbi gəmisi “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak üçün gəlmişdilər. Yəni bu məsələdə sırf hərbi təlim məqsədləri, yaxud birgə hərbi strateji məqsədlər yoxdur. Ona görə də, “Dəniz kuboku” müsabiqəsi adından da göründüyü kimi, sırf hərbi deyil, bir növ, idman yarışı xarakterini daşımaqdadır. Qısacası, hətta hərbi bilgisi, siyasi qavrayışı olmayan ən adi insan da bilir və dərk edir ki, bu təyinatlar tamamilə bir-birindən fərqlidir və bunları bir-birinə bağlamaq sadəcə savadsızlıq, səbatsızlıq və düşüncəsizlikdir!
Əslində, AXCP sədrinin belə bir dar düşüncəyə malik olması ilk dəfə deyil, ona görə də onun belə sərsəmliklərindən təəccüblənməyə də dəyməz.
AXCP-nin vur-tut, 100 nəfər üzvü var və bunu Əli Kərimlinin özü deyir
Məsələn, bir müddət əvvəl də o yöndəmsiz ifadələri ilə özünü və partiyasını ifşa etmişdi. Belə ki, o, “partiyanın yarıdan çoxu həbsxanadadır” deyərək 46 nəfərinin həbsdə olduğunu da bildirmişdi. Halbuki o, AXCP üzvlərinin “on minlərlə”, hətta “yüz minlərlə” (?!-R.N.) olduğunu qeyd edirdi. Nəticədə, əgər biz Ə.Kərimlinin bir neçə gün bundan öncə statuslarında həbsdəki cəbhəçilərin sayının 46 nəfər olduğunu yazmasını nəzərə alsaq, o zaman onun partiyasında heç 100 nəfərin olmadığı qənaətinə gəlmək mümkündür. Bütün bunlar isə onun açıq-aşkar siyasi səhvləri, özünüifşası və rüsvayçılığıdır. Yəni belə dar düşüncəyə başqa cür ad vermək də olmur...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB