Böyük Britaniyada mayın 5-də keçirilən yerli seçkilərin ilkin nəticələri açıqlanıb

Böyük Britaniyada mayın 5-də keçirilən yerli seçkilərin ilkin nəticələri açıqlanıb
Böyük Britaniyada mayın 5-də keçirilən yerli seçkilərin ilkin nəticələri açıqlanıb. Hakim koalisiyaya daxil olan Liberal Demokrat Partiyası uğursuzluğa məruz qalıb. Xəzər TV-nin xəbərinə görə, liberal demokratlar dörd bələdiyyə, o cümlədən Şeffild bələdiyyəsi üzərində nəzarəti itirib. Partiyanın lideri, baş nazirin müavini Nik Kleqq ötən il parlamentə Şeffild şəhərindən seçilib. Liberal demokratlar ümumilikdə 270 yer itiriblər. Bu partiyanın koalisiya ortağı olan mühafizəkarlar isə cəmi bir yerli şuraya nəzarəti əldən veriblər.
Müxalif Leyboristlər Partiyası isə öz aktivinə 12 bələdiyyə orqanı əlavə edib.

Böyük Britaniyada indiki hakim koalisiya ötən il mayın 6-da keçirilmiş parlament seçkisindən sonra formalaşıb. O zaman Mühafizəkarlar Partiyası İcmalar Palatasında 305, Liberal Demokrat Partiyası 61 mandata sahib çıxıb və ölkədə 1974-cü ildən bəri ilk dəfə koalisiya hökuməti qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə