Misirin keçmiş prezidentinin oğlunun həbs müddəti daha 15 gün uzadılıb

Misirin keçmiş prezidentinin oğlunun həbs müddəti daha 15 gün uzadılıb
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin kiçik oğlu Camalın həbs müddəti daha 15 gün uzadılıb. İstintaqı Misir Ədliyyə Nazirliyi yanında iqtisadi cinayətlər üzrə komitə aparır. Həbs müddətinin uzadılması qərarı Camal Mübarək mayın 5-də Tora həbsxanasında dindirildikdən sonra qəbul edilib. Dindirmə 7 saatdan çox davam edib. Xəzər TV-nin məlumatına görə, Camal qanunsuz varlanma və atasının xidməti vəziyyətindən varlanmaq üçün istifadə etməkdə ittiham olunur. H. Mübarəkin böyük oğlu Əlinin dindirilməsi isə hələlik təxirə salınıb.İstintaq hazırda Camal və Əlinin malik olduğu maliyyənin dəqiq məbləğini və mənşəyini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə