Jurnalistlər deputatlara qarşı mübarizə aparacaq

Jurnalistlər deputatlara qarşı mübarizə aparacaq

Mayın 12-də Azərbaycan jurnalistləri ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatları arasında futbol oyunu keçiriləcək. Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, matç saat 16.30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Jurnalistlər və deputatlar arasındakı futbol matçı Azərbaycan Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq. Bu münasibətlə ilk oyun bu il mart ayının 19-da Şəfa stadionunda jurnalistlərlə polislər arasında baş tutub.

Qeyd edək ki, tədbirlər planına jurnalistlərin veteran futbolçularla da matçının təşkili və idman mövzusunda yazan jurnalistlərin mükafatlandırılmaları daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə