"Ermənistanın təxribatlarının davamının gələcəyi gözlənilən idi" ÖZƏL - AÇIQLAMA
"Ermənistanın belə təxribatlarının arxasının gələcəyə heç kəsdə şübhə yox idi. Ermənilərin Tovuz istiqamətindəki təxribarından sonra növbəti təxribat dalğalarının da olacağı güman edilirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü olan deputatı Cavid Osmanov Ermənistanın Azərbaycana qarşı son təxribatlarından danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata baxmayaraq, əlbəttə ki, bu Ermənistan hökumətinin və ordusunun növbəti təxribatıdır:
"Bu açıq-aşkar təxribat məqsədli törədilmişdi. Diversiya-kəşfiyyat qrupunun ərazilərimizə göndərilməsi və kəşfiyyat xarakterli işlərin aparılması məqsədi daşıyırdı. Azərbaycan Ordusunun ayıq-sayıqlığı bir daha özünü göstərdi. Kəşfiyyat üçün diversiya qrupunun ərazimizdən çıxardılması, eyni zamanda, diversiya-kəşfiyyat qrupunun rəhbəri olan komandir Qurgin Alberyanın Azərbaycan Milli Ordusu tərəfindən əsir götürülməsi ilə Ermənistanın təxribatlarının qarşısı alındı".
Millət vəkili vurğulayıb ki, Ermənistanın belə təxribatlarının arxasının gələcəyə heç kəsdə şübhə yox idi: "Ermənistanın Tovuz istiqamətindəki təxribarından sonra növbəti təxribat dalğalarının olacağı güman edilirdi. Əlbəttə ki, hər zaman olduğu kimi Milli Ordumuz tərəfindən bunun qarşısı qətiyyətlə alındı, eyni zamanda, Ordumuzun bu şücaəti birmənalı olaraq Tovuz hadisələrində nümayiş etdirilən qəhrəmanlığının, ayıq-sayıqlığının davamı kimi hesab oluna bilər. Ermənistan dövləti, onun işğalçı faşizm siyasəti yürüdən, seperatçı hərbi siyasi rəhbərliyi birmənalı olaraq bilməlidir ki, Azərbaycan Ordusu hər zaman öz ərazi bütövlüyünü bərpa etmək üçün, ərazilərimizi qorumaq üçün hər zaman ayıq-sayıqdır, güclüdür, qüdrətlidir. Hər hansı bir təxribatın qarşısını qətiyyətlə alacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB