“Paşinyanın yalanı erməni hərbişilər arasında başgicəllənməsi yaradıb” ÖZƏL-ŞƏRH
Nəzərə almaq lazımdır ki, Ermənistanda gopçular, yalançılar hakimiyyətdədir və indiki hakimiyyətlə keçmiş hakimiyyət arasında gop, yalan üzrə birinci olmaq uğrunda yarış gedir. Paşinyan Tovuz hadisələrini qələbə adlandırdı, guya 72 nəfəri mükafatlandırdı və Serj Sarkisyan da 2016-cı il aprel hadisələrini qələbə adlandırdı və bu barədə də geniş bir mətbuat konfransı keçirdi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, həm Paşinyanın, həm də Sarkisyanın gopu Ermənistan hərbişiləri arasında bir az başgicəllənməsi yaradıb və onlar bu gopun təsiri altındadırlar, özlərini də ona uyğun aparırlar ki, etdikləri artıq-əskik hərətlər də özünü göstərdi.
“Mən bizim Müdafiə Nazirliyinin yaydığı məlumata tam inanıram. Ölənlərlə də bağlı məlumat yayıblar və mən ölənlərin də olduğuna inanıram. Qaldı ki, ümumilikdə götürdükdə Tovuz hadisələrinə, bəli, bu təxribatlara Tovuz hadisələrinin davamı kimi, revanş cəhdi kimi baxmaq olar. Tovuz hadisələrində Ermənistan üçün qələbə yoxdur. İndi görünür kimsə əvəz çıxmaq istəyir. Eyni zamanda da nəzərə almaq lazımdır ki, hələ Tovuz hadisələrinin hərbi ssenari üzrə davamı bundan da sonra olacaq”, deyə Mübariz Əhmədoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB