Pul borcu üstündə qan töküldü

Pul borcu üstündə qan töküldü
Bakıda pul borcu üstündə qan tökülüb. Qanlı hadisə mayın 5-də saat 23.30 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. Milli.az saytının verdiyi xəbərə görə, qəsəbə sakini 55 yaşlı Alik Həsənoğlu mübahisə zəminində 46 yaşlı həmyerlisi İlyas Əliyevi bıçaqlayıb.

O, İ.Əliyevə 3 bıçaq zərbəsi vurub. Yaralı 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Həkimlər və polis əməkdaşları üzərlərinə düşən işin öhdəsindən layiqincə gəliblər. Həkimlər İ.Əliyevin həyatını xilas edib, polis əməkdaşları isə A.Həsənoğlunu yaxalayaraq istintaqa təhvil verib. A.Həsənoğlu ilkin dindirmə zamanı bıçağa əl atamasının səbəbini belə izah edib: "İlyasa pul borc vermişdim. Dəfələrlə pulu verməsini tələb etsəm də, əməl etmirdi. Elə bunun üstündə mübahisəmiz düşdü. Mən də bıçaqla onun qarnına 3 dəfə soxdum".

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126-cı) maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə