Müxalifət təxribatlarının qurbanı olacaq RƏY-ÖZƏL

Müxalifət təxribatlarının qurbanı olacaq RƏY-ÖZƏL

Pandameyanı bir fürsət bilən, bəzi dağıdıcı müxalif partiya sədrləri keçirdikləri onlayn görüşlərdə insanların hissiyyatına toxunan, dövlətin həyata keçirdiyi koronavirusla bağlı mübarizə tədbirlərinə kölgə salmağa hesablanan açıqlamalarla çıxış edirlər. Bununla yanaşı, üzdəniraq məxluqlar sosial şəbəkələrdə təxribat, pozucu xarakterli paylaşmalar edir, statuslar paylaşırlar. Pandemiya dövründə müxaliflərin şər və böhtanlarla çıxış etmələri, xəyanətdən başqa bir şey deyil. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, pandemiyanın ilk dövrlərindən bu insanlar sosial şəbəkələrdə təxribat xarakterli çıxışlara başlamağa başladılar. Dünyada elan olunan pandemiya bunların əlinə bir fürsət olaraq düşdü: “Bunları nə pandemiya, nə xalqın sağlamlığı düşündürürdü, məqsədləri yalnız situasiyadan öz siyasi maraqları naminə istifadə etmək idi. Diqqətlə bunları müşahidə etsək görərik ki, ilk əvvəl bunlar virusun tezliklə Azərbaycana yayılacağını, yoluxmanın artacağını, səhiyyəmizin bunun qarşısında aciz qalacağını, dövlətin iqtisadiyyatının çökəcəyini bəyan edən çıxışlarını görə bilərik. Lakin dövlət tez bir zamanda prezidentin göstərişi ilə operativ şəkildə addımlar ataraq virusun Azərbaycanda geniş yayılmasının qarşısını aldı. İqtisadiyyat yox, vətəndaşın sağlamlığı ön plana çəkildi. Yoluxma rəqəmləri çox cüzi ifadə olunmağa başladı. Bu zaman bunlar başqa istiqamətə, sosial problemləri qabartmağa başladılar. Lakin dövlətin işləməyən insanlara 190 manat, muzdlu işçilərin əmək haqqının qarşılaması, sahibkarlara ödədikləri ƏDV-nin geri ödənilməsi və s. gördükdə yenə də başqa istiqamətə öz təbliğatlarını yönəltməyə başladılar. Bu dəfə tətbiq olunan karantinin əleyhinə çıxışlar başlanıldı əhalini inandırmağa başladılar ki, karantin tətbiq edilməsi lazım deyil, guya bu, hakimiyyətin maraqlarına xidmət edir”.

A.Xəlilov bildirdi ki, görülən işlərin nəticəsi olaraq virusa yoluxma halının aşağı olması nəticəsində dövlət karantin qaydalarına yumuşaltma tətbiq etməyə başladı: “Nəticədə həm bunların, həm də bəzi məsuliyyətsiz vətəndaşların davranışı nəticəsində yoluxma sayı kəskin artmağa başladı. Bu zaman yenə bunların "orkestri" işə düşdü. Yenə ittihamlar, yoluxmanın artmasında hökumətin günahlandırılması və s. Yenidən tətbiq edilən sərt karantin qaydaları, cərimələrin artırılması, səhiyyə istiqamətində görülən işlər, modul tipli xəstəxanaların tikilməsi, tibbi ləvazimatların alınaraq gətirilməsi və s. faydalı işlər nəticəsində yoluxma halı bu gün kəskin olaraq aşağı düşüb. Yenə də yumuşaldılma tətbiq olunur və həyat normal axarına qayıdır. Məhz bu uğur bunlara sərf etmir, axı ayrı səhnə təsəvvür edirdilər bunlar. Acınacaqlı vəziyyət arzulayırdılar, vətəndaş ölümü bunları maraqlandırmırdı, yoluxma on minlərlə olmalıydı və bütün bunlarda iqtidar günahlandırılmalı, bunlara siyasi xal qazandırılmalı idi, bütün bu arzuları gözlərində qaldı. Çünki Azərbaycan prezidenti başda olmaqla dövlətin atdığı bütün addımlar öz bəhrəsini verdi. Azərbaycanda şükürlər olsun ki, bu günə qədər kritik vəziyyət yaranmadı. Xalqın əksəriyyəti atılan addımlara səbirlə yanaşdı, qaydalara riayət etdi, dövlətin yanında oldu. Bu isə bunları daha da qıcıqlandırır sosial şəbəkələrdən istifadə edərək təhqir və böhtanın sayı artır. Bir daha əminliklə demək olar ki, pandemiyaya bunların bağladığı ümid də puç oldu. İndi Belarusiya hadisələrindən ilham alıblar pandemiya yaddan çıxıb. Yeni mövzu tapıblar. Açığı çox tragikomik vəziyyətdə görünürlər və bunu özləri nə dərk edir, nə də görür. Bir sözlə, vaxtı ilə çayxana müstəvisinin "generalları" olan bu insanlar sosial şəbəkələrin "şirinə" dönüblər amma dərk etmirlər ki, çox aciz görünürlər. Bir fikrimi xalqıma çatdırmaq istəyirəm bu insanların heç bir dəfə də olsun virusla bağlı xalqı maarifləndirmək, onu virusadan qorunmaqla bağlı sosial şəbəkələrdə verilişlərinə və çıxışlarına rast gəlmisinizmi? Görə də bilməzsiz yoxdur. Ancaq siyasi qərəzlik və çaşdırıcı tipli verilişlərdən başqa”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə