“Ölkədə qanunun aliliyi dövlət tərəfindən təmin olunur” ÖZƏL-MÜNASİBƏT
Ölkəmizdə koronavirus pandemiyasının yayılmağa başladığı gündən etibarən insanların sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən müxtəlif istiqamətli tədbirlər görülmüş, qərarlar qəbul edilmiş və xüsusi karantin rejimi tətbiq olunmuşdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə deyib.
İctimai Birliyin sədri qeyd edib ki, bu qərarlar içərisində kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin qadağan olunmasına baxmayaraq, təəssüflər olsun ki, son günlərdə bəzi məmurların səlahiyyətlərindən sui-istifadə edərək bu kimi tədbirləri təşkil etdiyinin, eyni zamanda, iştirakçısı olduğunun şahidi olduq.
“Belə hallar, daha doğrusu, bəzi məmurların səlahiyyətlərindən sui istifadə edərək, kütləvi tədbirlər təşkil etməsi əhali arasında haqlı narazılığa səbəb olub. Çünki bu kimi halların baş verməsi ölkədə sanki kimlərinsə qanun qarşısında imtiyaz sahibi olmasının təəssüratını yaradırdı.
Lakin bu gün məhkəmə qərarı ilə bu şəxslərin müvafiq cəza alması bir daha göstərdi ki, ölkədə dövlət tərəfindən qanunun aliliyi təmin olunur. Qaydalara əməl etməyən yalnız sıravi vətəndaşlar cəzalandırılmır, eyni zamanda, yüksək rütbəli məmur, millət vəkili də qanun qarşısında acizdir.
Şahidi olduğumuz bu hadisə ilə, eyni zamanda, ictimai qınağın necə mühüm əhəmiyyət daşıdığına bir daha əmin olduq. Düşünürəm ki, bu hadisədən bəzi məmurlarımız nəticə çıxaracaq, bu və ya digər məsələlərdə kimlərinsə sadə vətəndaşdan üstün olmadığını anlamış olacaq”, deyə İradə Rizazadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB