İnsan azadlıqlarının təminatı müasir dünyanın başlıca prinsipidir - TƏHLİL
Hər bir dövlətin inkişafı şərtləndirən başlıca amil həmin dövlətin hüquqi, demokratik təssisatlara, insan hüququq və azadlıqlarının müdafiqəsinə riayət etməsidrir. Məhz bu halda ölkələr dünya birliyində tanınar və qəbul edilər. Razılaşaq ki, bu tələblərə əməl etmək heç də, bütün ölkələr üçün asan deyil. Elə dövlətlər var ki, müəyyən səbələrdən əhali ilə daha çox komunist idialogiyasının tələb və prinsiplərinə uyğun davranmağa üstünlük verirlər.
Elə götürək, Ermənistanı. Bu bədbəxt və şər yuvası olan dövlətin baş bilənləri üzlərinə “demokrat” niqabını çəksələrdə, əməllərində ermənilərlə qədar formada davranırlar. Elementar tələblərə belə Ermənistanda riayət olunmur. İnsanların söz demək, haqqlarını tələb etmək hüquqları əllərindən alınır. Etiraz edənlər döyülür, həbsxanalara atılır və bəzəndə işkəncələrlə o dünyalıq edilir. Müstəqil ekspertlərin gəldiyi qənaətə görə, küçə “demokratı”Nikol Paşinyan Serji Sarkisyanı zibil qutusuna atıb, hakimiyyəti zəbt etdiyi iki ilə yaxın vaxt ərzində ümimilikdə 20 minə yaxın insan haqqını tələb etdiyinə həbs edilərək, uzun müddətə dəmir barmaqlıqlar arasına göndərilib. 10 nəfər erməni isə, hüquq- mühaifizə orqanlarının qurbanı olub. 26 min insan isə, ölkədə hökm sürən aclıq və səfalətə dözmədiyindən. Yaşamaq üçün xaricə üz tutublar. Dəlidən doğru xəbər olmasın. AXC-Müsavat hakimiyyəti dönəmində Əbülfəz Elçibəyin müşaviri olmuş və sonradan dövlət çevrilişinin müəlliflərindən olmuş Fərman Dəmirqol mətbuata verdiyi müsahibəsində iddia edir ki, Türkiyə-Ermənistan sərhədləri açılsa, Ermənistanda bir dənədə olsun erməni qalmayacaq, onlar Türkiyəyə axın edəcəklər. Ehtimallar düzdür, səhvdir demək çətin olsa da, təkzib edilməz reallıq ondan ibarətdir ki, ermənilərin böyük əksəriyyəti ölkəni tərk etmək üçün startdadırlar. Məqam düşsə, imkan yaransa, bir qarın çörək üçün uzaq-uzaq ölkələrə üz tutarlar. Ümumiyyətlə işğalçı ölkənin prespektivi qaranlıq görünür. Əlavə olaraq Azərbaycanın torpaqlarını hələ də işğalda saxlaması, bu başıbəlalı ölkənin durumunu daha da ağırlaşdırır.
Ədalət mühakiməsində qanunçuluğun artırılması
Hərbi ekspertlərində qeyd etdiyi kimi, Azərbaycanın ciddi bir həmləsi kifayətdir ki, Ermənistanın hərbi qruplaşması darma-dağın edilsin. Bunu Azərbaycanın bir alayının bütövlükdə Ermənistanın bütün ordusuna qarşı həyata keçirdiyi və bu gün də Ermənistanı ağır durumda saxlayan 2016-cı aprel zəfəri göstərdi. Bəlkə də, Ermənistana hərbi-siyasi dəstək göstərən ölkələrin yardımı, vasitəçilikləri olmasa idi, indi Dağlıq Qarabağ işğaldan azad edilib, insanlar öz yurd-yuvalarına qovuşmuşdu. Hələlik, torpaqlarımızın işğaldan azad edilməsi təxirə salınsa da , bu halın uzun çəkməyəcəyi şübhəsizdir. Yəni, Dağlıq Qarabağın işğaldan azad ediləcəyi və Azərbaycanın bu qədim bölgələrinin azad nəfəs alacağı gün uzada deyil.
Yuxarıda qeyd etdiyim kimi Ermənistanda insanlar ağır və məşəqqətli həyat yaşayırlar. İnsan hüquq və azadlıqlarının müdafiəsindən belə dan söhbət gedə bilməz. Addımbaşı ermənilər zorakılığa məruz qalırlar. Məhz bu və digər amilləri nəzərə alaraq demək olar ki, Azərbaycan istənilən sahədə Ermənistandan bir neçə dəfə üstündür. Xüsusi ilə də, ölkəmizdə insan haqlarına, demokratik dəyərlərə önəm verilir. Bu da Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan hüquq və azadlıqlarının təmini məsələsinin dayanmasıdır. Bununla bağlı ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üçün genişmiqyaslı tədbirlər görülmüşdür. Hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları uzrə müvəkkili mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.
Pulsuz vəkil və hüquqi nümayəndə
İstənilən şəraitdə və vaxtda hər bir ölkə vətəndaşı öz hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunur. Bu polisdə, prokurorluqda və məhkəmədə ola bilər. Əgər kiminsə, vəkil tutmaq imkanı yoxdursa, dövlət hesabına bu məslə öz həllini tapır. Məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ötən illər ərzində ölkəmiz insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib. Rəsmi məlumata istinadən demək olar ki, insan hüquqlarının müdafiəsi sahəsində ölkəmiz 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Təbii ki, bu islahatlar və bu islahatların nəticəsi olaraq əldə olunan uğurlar bundan sonrada davam etdiriləcək. Çünki, demokratik hüquqi dövlət quruculuğu sahəsində aparılan ardıcıl islahatlar bunu özündə ehtiva edir.
Azərbaycan Respublikasının Konstitusiyasının III fəsli, bütövlükdə, yəni 48 maddə insan hüquq və azadlıqlarına həsr olunub. Əsas Qanunun 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir, bu hüquqları və azadlıqları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifə kimi qoyulur. İnsan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşması vasitəsilə xalqın hakimiyyət funksiyasının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və bu kimi digər məsələlər Konstitusiyanın mahiyyətini təşkil edir. Qəbul edilən qanunlar, qərarlar Konstitutiyamıza uyğunlaşdırılır. Bu da hər ölkə vətəndaşında dövlətinə və qanunlara inam və etibar etmək əminliyi yaradır. Məhz Konstutiyanın tələblərinin tam şəkildə nəzrə alınmasının nəticəsidir ki, ölkəmiz günü-gündən inkişaf edir, çiçəklənir və bunun fonunda əhalinin social-iqtisadi durumu yaxşılaşır. Dünyada hazırda hökm sürən və Azərbaycanda da müşayət olunan pandemiyaya baxamayaq, ölkə vətəndaşları əziyyət çəkmədilər, somaddi sıxıntılatla üzləşmədilər, ərzaq problemləri ilə qarşlaşmadılar. Halbu ki, dünyanın aparıcı dövlətləri, o cümlədən Franasa, İspaniya, İtaliya kimi ölkələr pandemiya ilə əlaqədar olaraq dərman və ərzaq çatışmazlığı ilə üzləşdilər.
İnsanlar buna görə küçələrə çıxıb hökümətə etirazlarını bildirdilər. Azərbaycanda isə koronavirus pandemiyası başlamazdan öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin olundu. Ölkə Prezidenti İlham Əliyevin vaxtında apardığı islahatlar və tədbirlər ilk növbədə əhalininn rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və buna ən yüksək səviyyədə nail olundu.
Bir sözlə, Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas xəttini Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və sosial rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir. Təbii ki bu siyasət dəyilməzdir. Əksinə ölkəmizin hər bir vətəndaşı budan sonra daha yaxşı, firavan və təhlükəsiz yaşamaq imkaları qazanacaqlar.
Cabir Məmmədov,
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Hüquqi və Demokratik İslahatlar Mərkəzinin keçirdiyi "İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması" layihəsi çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB