Parlament bir neçə qanun qəbul edib

Parlament bir neçə qanun qəbul edib
Milli Məclisin bu günki iclasında Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi müzakirəyə çıxarılıb. Spiker Oqtay Əsədovun səsverməyə çıxardığı layihə parlamentin üzvləri tərəfindən ratifikasiya edilib.

Daha sonra iclasda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi II oxunuşda müzakirə olunub.

Məcəllə gömrük işininhüquqi,iqtisadi və təşkilatı əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir.

Müzakirələr zamanı bildirilib ki, məcəllə ölkədə ciddi dəyişiklərə səbəb olacaq.

Sonda XXI bölmədən 59 fəsildən və 334 maddədən ibarət olan Gömrük Məcəlləsi səsə qoyularaq II oxunuşda qəbul olunub.
Qeyd edək ki, Milli Məclisin bugünki iclasının gündəliyinə 6 məsələ daxil edilib. Qanunlar ətrafında aparılan geniş müzakirədən sonra hər 6 qanun səsə verilərək qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə