Səddam Hüseynin hakiminə sui-qəsd olunub

Səddam Hüseynin hakiminə sui-qəsd olunub

Bağdadda naməlum şəxslər İraqın keçmiş prezidenti Səddam Hüseynin məhkəməsinin sədri olmuş Munir Həddada hücum eləyib. SİA-nın "Fars" agentliyinə istinadən verilən xəbərə görə, hücum Bağdadın mərkəzində Karrada rayonunda həyata keçirilib. Həmin vaxt hakim Həddad evinə qayıdırmış. Naməlum silahlı şəxslər onun maşınana səsboğucu silahdan atəş açıblar.

 

Atışma zamanı hakimin mühafizəçilərindən biri ağır yaralanıb. Hücum edənlər hadisə yerindən qaça biliblər. Qeyd edək ki, İraqın keçmiş prezidenti Səddam Hüseyn 2006-cı il dekabrın 30-da asılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə