YAP İcra katibinin müavininə töhmət elan edilib

YAP İcra katibinin müavininə töhmət elan edilib

COVİD-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilmişdir.

SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə