Ermənistanın özü üçün "strateji müttəfiq" saydığı Rusiya Tovuz istiqamətində Azərbaycanı qarşıdurmalara təhrik etməkdə İrəvanı günahlandıraraq xarici işlər naziri Lavrovun simasında ermənilərə arxadan daha bir zərbə vurdu. Bu barədə Ermənistan mətbuatı bar-bar bağırır və onların həyəcan siqnallarını da başa düşmək çətin deyil. Erməni mediası xüsusilə vurğulayır ki, hadisələr erməni cəmiyyətinə Ermənistanın xarici siyasətinə erkən və tam şəkildə yenidən baxılmasının vacibliyini göstərdi. Görəsən, nə oldu bəs?
Trud qəzetinə verdiyi müsahibədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, 12-16 iyul tarixlərində sərhəd qarşıdurması fonunda Ermənistan tərəfinin, Azərbaycanın ixrac boru kəmərlərindən 15 km məsafədə yerləşən köhnə sərhəd keçid məntəqəsinin yenidən qurulması cəhdlərinin bəzi insanların narahatlığına səbəb olduğunu bildirib. Nəzərə çatdırıb ki, bütün bu cəhdlər ən gözlənilməz nəticələrə gətirib çıxaran qarşıdurmar üçün əsas yaradır. Rusiya xarici işlər nazirinin qəzetə müsahibəsi Ermənistanda, eləcə də erməni cəmiyyətində rezonans doğurub. Niyə də doğurmasın axı? Nəzərə alsaq ki, erməni deyilən kiçik bir toplum böyük rus qardaşlarına güvənərək ərköyünlük edib, sərhəddə başından böyük qələt qaynadandan sonra, Lavrovun simasında elə o böyük qardaşın da qulaqburmasını alırsa, bu onlar üçün kifayət qədər rezonans doğuracaq səbəbdir.
Rusiya xarici işlər nazirinin qəzetə müsahibəsinin ardınca erməni mətbuatı yazır ki, gördüyümüz kimi, hər hansı bir diplomatik etiketi kənara qoyaraq Lavrov Ermənistan tərəfini sərhəddə qarşı tərəfi münaqişəyə təhrik etməkdə günahlandırıb. Həmçinin qeyd olunur ki, rəsmi İrəvan sərhəddə eskalasiyanın başlamasından dərhal sonra baş verənlər barədə məlumatı Kremlin diqqətinə çatdırıb və “böyük qardaşa” hesabat da verib ki, özlərini sığortalasınlar. Lakin ermənilərin bu dəfə, necə deyərlər, arzuları ürəklərində qaldı. Moskva onların oyununda fiqur olmamağa qərar verərək, baş verənlərə görə haqlı olaraq bu dəfə erməni tərəfini günahlandırdı. Elə erməniləri də şoka salan bu oldu.
İndi Ermənistanda bu məsələni şərh edənlər iddia edirlər ki, bununla Moskva rusların əvvəldən bəyənmədiyi Ermənistan hakimiyyətindən narazılığını göstərir. Amma reallıqlar tamam başqa məqamlardan xəbər verir. İndi Lavrov da, Rusiyanın başqa təmsilçisi də Ermənistan kimi rəzil bir dövlətə görə Azərbaycan kimi bir qüdrətli dövlətdən üçünü çevirmək niyyətində ola bilməz. İş orasındadır ki, ermənilər məhz bunu hesablamayıblar. Bir çox erməni mətbuatında bəzi erməni şərhçilər, politoloqlar düşünürlər ki, əvvəllər Ermənistanın əvvəlki hakimiyyəti altında, ya sərhəddə, ya da Dağlıq Qarabağda silahlı toqquşmalar baş vermiş olsaydı, Moskva və ya KTMT Azərbaycanı təxribatda açıq şəkildə ittiham etməsəydi belə, atəşkəs rejiminin pozulması və eskalasiya faktını pisləyərək bəyanatlarında neytrallıq saxlamağa çalışardı. Amma heç bir şəkildə münaqişə tərəflərindən biri kimi Ermənistan hədəfə alınmazdı. Maraqlıdır, bunu iddia edən, bəlkə də etiraf edən dırnaqarası politoloqlar bütün bunların fonunda indi Azərbaycan həqiqətlərinin nəyə görə etiraf olunduğunu anlamırlar, yoxsa kordurlar? Doğrudan da əgər bu vaxta qədər ən azından heç bir tərəfi günahlandırmayan Rusiya tərəfi, onun təmsilçisi birdən-birə Ermənistanı haqlı olaraq günahlandırır və qınayırsa, ermənilər bir az daha yaxşı düşünüb nəticə çıxarsınlar, Azərbaycanın üstün mövqeyini, onun Rusiya kimi fövqəl dövlət tərəfindən dolayısı ilə etirafını anlasınlar və yerlərini bilsinlər. Bilsinlər ki, qarşılarında ötən əsrin 90-cı illərindəki Azərbaycan dövləti deyil.
Ermənilər bu qənaətdədirlər ki, Lavrovun müsahibəsində Ermənistan tərəfinə qarşı birbaşa ittihamlar var. Erməni mediası yazır ki, son sərhəd münaqişəsində günahkarın erməni tərəfi olduğu açıq-aşkar bildirilir. Bu həqiqətlərlə barışsalar da, barışmasar da ermənilər həmin həqiqətlərlə üz-üzə dayanmaq məcburiyyətindədirlər. Bu kiçicik toplum, çılız dövlət kimi və hara qədər aldatmaq niyyətindədir axı? Balaca boyu, yaşı ilə o böyüklükdə Rusiyaya papış tikmək bunlara sona qədər müyəssər ola bilməz axı. Biz Kremlə sərhəddə baş verənlər barədə məlumat verdik deyən erməni tərəfi anlamırmı ki, Rusiya kimi böyük bir dövlətin izləyici cihazlarından tutmuş, cəsuslarına, erməninin öz içində qərarlaşan məlumatçı mənbələrinə kimi var? Belə olan halda, yəni sərhəddə təxribatların ermənilər tərəfindən təşkil olunduğunu bilə-bilə Rusiya bundan sonra nəyinə görə Ermənistanın tərəfini tutmalı, yaxud öz dedikləri kimi, ən azından neytrallıq nümayiş etdirməlidir? Boş-boşuna erməni dığalarının oyuncağına çevrilmək üçünmü?
Digər tərəfdən, sual oluna bilər ki, bunlar sərhəddə təxribat baş verəndən dərhal sonra niyə Kremlə hesabat veriblər? Birincisi, əgər yalandan iddia etdikləri kimi, Azərbaycan tərəfi təxribat törədibsə, bunlar niyə əl-ayağa düşməli idilər? İkincisi, soruşmaq ayıb olmasın, bunlar hesabat vermək üçün əvvəlcədən hazırlıqlı idilər ki, təxribat olandan dərhal sonra Kremlə üz tutdular? Üçüncüsü də, axı özünü müstəqil dövlət kimi qələmə verəm bir ölkə niyə Kremlə, yaxud Ağ Evə hesabata qaçır? Əslində, bütün bunlar, bu suallar Ermənistan adlı marianet bir dövlətin mahiyyətini aşkarlamaq üçün yetərlidir. Amma, görünür daha dərin cavablar əldə edilməsi üçün müəyyən zamana ehtiyac duyulur. Lakin erməni tərəfi bilməlidir ki, bu cavablar, məntiqi sonluq, Ermənistan üçün heç də arzuolunan olmayacaq və bu onların son faciələri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB