Marrakeşdə törədilən terror aksiyasının təşkilatçısı həbs edilib

Marrakeşdə törədilən terror aksiyasının təşkilatçısı həbs edilib

Mərakeşin təhlükəsizlik qüvvələri ölkənin əsas kurort şəhəri olan Marrakeşdə törədilən terror aksiyasının təşkilatçısını həbs edib. SİA-nın "Vesti"yə istinadən verdiyi xəbər görə, saxlanılan üç nəfərdən biri "Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinir. O, keçmişdə Çeçenistan və İraq kimi qaynar nöqtələrə getməyə cəhd edib. Bundan sonra o, öz ölkəsinin ərazisində terror aksiyası həyata keçirmək qərarına gəlib. Mərakeşin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, terrorçu internetdəki məlumatlardan istifadə edərək iki partlayıcı qurğu hazırlayıb. Müstəntiqlər artıq partlayıcı qurğuların qalıqlarını və digər sübutları aşkar ediblər.

 

Krallığın hüquq-mühafizə orqanlarının yaydığı məlumata əsasən, apelin 29-da Marrakeşin Cəmaaa əl-Fna meydanında "Arqana" kafesində törədilən terror aksiyasının qurbanlarının sayı 16 nəfər olub. Onlardan 13 nəfəri xarici vətəndaşlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə