Rusiyanın Samara şəhərində mağazalardan birində güclü yanğın baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 39 nəfər isə xəsarət alıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib. Xəsarət alanların əksəriyyəti tüstüdən zəhərləniblər. 9-mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazada alovun qarşısı artıq alınıb.
Belə ki, alov qısa vaxt ərzində 350 kvadrat metr sahəni əhatə edib. Binadan 86 nəfər, eləcə də mağazanın onlarla müştərisi evakuasiya edilib. 70-ə yaxın yanğınsöndürən cəlb olunub. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Mağazada yanğının baş vermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB