Erməni müxalifətçisi belaruslara hansı xəbərdarlığı etdi? AKTUAL+ANALİTİK
Artur Danilelyan: “Azadlıq və demokratiya fonunda gələnlərin ardınca həbsxanalarda aclıq edən insanlar ölməyə başladılar, hakimiyyətyönlü fəallar jurnalistlərə və bloqerlərə hücumlar etdilər”
Belarusda nə baş verirsə, düz iki il əvvəl Ermənistanda da yaşanmışdı: eyni texnologiyalar, həmin təbliğat, həmin ideyalar”. SİA tert.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalifətyönlü “Adekvad” partiyasının sədri Artur Danielyan bildirib.
“Mən ittiham etməyə, kimi isə aksiyalarda iştirak etməkdən çəkindirməyə hazırlaşmıram. Mən sadəcə, Ermənistanda nəyin baş verdiyini bölüşmək və bütün bunların əvvəl-axır gələcəkdə, hadisələrdən asılı olmayaraq Belarusda da baş verəcəyini demək istəyirəm”, qeyd edən Danielyan Ermənistanın baş naziri Paşinyanı nəzərdə tutaraq xatırladıb ki, parlament seçkilərində çətinliklə 3-3,5% səs yığan və mitinqində uzağı 120 nəfər adam yığa bilən insan (yəni Paşinyan) öz yürüşünü Gümrü və İrəvandan başladı və paytaxta çatarkən, texnologiyalar və təbliğat sayəsində ona qoşulan insanların sayı həndəsi sürətlə artmağa başladı, hansı ki, indi Belarusda bu vasitədən istifadə edirlər.
“Adekvad”ın lideri: “Bu təbliğat fonunda illərlə hökumətə, ölkəyə, dövlətə qarşı nifrət yığılırdı ki, nəticədə 2018-ci ildə antikonstitusion çevriliş baş verdi”
“Adekvad”ın liderinə görə, demək olmazdı ki, Ermənistanda narazı kütlələr olmayıb, lakin həmin narazılıqlar müəyyən strukturlara eləcə də mediaya sızıdırdı.
O qeyd edir ki, Ermənistanda həmin vaxtlar beynəlxalq təşkilatların hesablamalarına əsasən, korrupsiya göstəricisi ikinci yerdə idi, lakin korrupsiya qavrayışı digər ölkələrlə müqayisədə çox yüksək idi, hansı ki, həmin ölkələrdə korrupsiya vəziyyəti daha pis idi.
Danielyan bunu həm təbliğat, həm də ölkənin dağılması, insanların mühacirət etdiyinə inamlarının olması ilə bağlayır. “Əslinə qalanda bu, doğru deyil. Postsovet xristian ölkələri arasında mühacirət göstəricilərinə görə də biz ikinci yerdəydik, bizdən üstün göstərici isə yalnız Belarus idi”, deyə o aydınlıq gətirib. SİTAT: “Bu təbliğat fonunda illərlə hökumətə, ölkəyə, dövlətə qarşı nifrət yığılırdı ki, nəticədə 2018-ci ildə antikonstitusion çevriliş baş verdi. Azadlıq və demokratiya fonunda gələnlərin ardınca həbsxanalarda aclıq edən insanlar ölməyə başladılar, hakimiyyətyönlü fəallar jurnalistlərə və bloqerlərə hücumlar etdilər və bütün bunların qarşılığında hüquq-mühafizə orqanları heç bir reaksiya göstərmədilər.”
Danielyan: “Bu hökumətin istənilən siyasi opponenti hüquq mühafizəçiləri tərəfindən törədilə biləcək terrora hazır olmalıdır”
“Adekvat” sədri buna misal olaraq elə özü ilə bağlı hadisəni - vitse-spikerlə insidentini və atasına qarşı qaldırılan cinayət işini xatırladıb: “Bu hökumətin istənilən siyasi opponenti hüquq mühafizəçiləri tərəfindən törədilə biləcək terrora hazır olmalıdır. Belə “azad və demokratik” ölkədə təsiretmə səviyyəsi ölçüyəgəlməzdir. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yaxşıya doğru heç nə dəyişməyib. Dəyişməyəcəkdi də. Çünki bütün çevriliş prosesinin əsasında “Ermənistanda korrupsiya çiçəklənir, mühacirət artır və oliqarxlar xalqın hesabına varlanırlar” kimi yalan dayanıb. Bəli, bizdə problemlər var idi, lakin bənzər məsələlərlə olan ölkələrlə müqayisədə bizdə yaxşı nəticələr də mövcud idi. Bundan əlavə, bizim belarus qardaşlarımızın yanlarında yaxşı nümunə var – xalqın populist şüarları ilə çevriliş etdiyi Ukrayna...”
Erməni müxalifətçi: “İnternet sayəsində əhalidə belə bir illüziya yaranıb ki, heç kimə məlum olmayan qadın ölkəni 40 il rəhbər vəzifələrdə işləmiş kolxozçudan yaxşı idarə edə biləcəkmiş”
Erməni siyasətçi küçələrə axışan belaruslara xəbərdarlıq etməyi də unutmayıb: “Mən sizləri pəjmürdə etməli olacağam. Etiraz aksiyaları nəticələrinin necə başa çatmasından asılı olmayaraq, siz bütün göstəricilərinizə görə geriyə sürüklənəcəksiniz. Ona görə ki, sizin də bizim də problemlərimizin kökü ondadır ki, biz okeanın o tayında müəyyən edilmiş oyun qaydaları ilə oynayırıq və bu oyun mənasızdır, çünki istənilən halda qalibləri onlar özləri seçirlər”.
Danielyan həmçinin bildirib ki, o Lukaşenkonu müdafiə etmək fikrində deyil: “Bu adam 26 ildir hakimiyyətdədir və ötən müddət ərzində siyasi institusional islahatlar keçirmək qərarına gəlmədi. O, texnokratik idarəçiliyə keçmədi və demokratik yolla getməyə qərar verdi və bu proses hazırda -21-ci əsrdə virtual reallıq açarının okeanın o tayında rəhbərlik edənlərin əlində olduğu vaxtda gedir. İnternet sayəsində əhalidə belə bir illüziya yaranıb ki, heç kimə məlum olmayan qadın ölkəni 40 il rəhbər vəzifələrdə işləmiş kolxozçudan yaxşı idarə edə biləcəkmiş”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB