Pandemeyanı bir fürsət bilən, bəzi dağıdıcı müxalif partiya sədrləri keçirdikləri onlayn görüşlərdə insanların heysiyyantına toxunan, dövlətin həyata keçirdiyi koronavirusla bağlı mübarizə tədbirlərinə kölgə salmağa hesablanan açıqlamalarla çıxış edirlər. Bununla yanaşı, üzdəniraq məxluqlar sosial şəbəkələrdə təxribat, pozucu xarakterli paylaşmalar edir, statuslar paylaşırlar. Pandemiya dövründə müxaliflərin şər və böhtanlarla çıxış etmələri, xəyanətdən başqa bir şey deyil.
“Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanda belə iyrənc üsullarla maraqlarının təmin olunmasına cəhd edilməsi ilk deyil: “Xatırlayırsınızsa, 1991-1992-ci illərdən başlayaraq indiki arxiv qoxulu müxalif siyasi qüvvələr "Qarabagda dörd-beş kənd verək, Mütəllibovu istefaya göndərək" kimi xain bir şüar irəli sürmüşdülər. Sonrakı dönəmlərdə anti-Azərbaycan qüvvələrin yaratdıqları xaosdan sevinib, ondan yararlanmaq istəmişdilər. Hər dəfə də xalqın göstərdiyi dirsək gözlərini töküb. İkinci bir məqam isə ondan ibarətdir ki, hər dəfə hansısa bir ölkədə inqilab baş verirsə, onu bizim siyasi müxaliflərimiz təqlid etməyə can atırlar. Ukraynada, Gürcüstanda, Fransada baş verənləri, ruslar demiş " kopirovka" eləyib Azərbaycanda da eyni ssenari ilə hərəkətə keçməyə can atıblar”.
T.Novruzovun sözlərinə görə, hazırda dağıdıcı müxalifəti qarayaxma kampaniyasını genişləndirməyə ruhlandıran, Belarusda, Xabarovskda baş verənlərdir: “Eyforiya bunların ən boyük bədbəxliklərindəndir. Belə siyasi mübarizənin nə xalqa, nə cəmiyyətə, nə də dövlətə xeyri dəymir, əksinə, həm özlərini tamamilə rüsvay edir, həm də dövlətin imicinə mənfi təsir göstərir. Dövlət, xalq mənafeyi güdməyən belə müxalifət cəmiyyətdə hər zaman məglubiyyətə məhkumdur. Yaşadığımız dövrdə bunun dəfələrlə şahidi olmuşuq, yenə belə olacağına şübhə yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB