Kəpəz rayon məhkəməsinin yeni inzibati binasının açılışı olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, açılış mərasiminə qatılan ədliyyə nazirinin müavini Vilayət Zahirov Kəpəz rayon məhkəməsinin binasının yenidən qurulmasının dövlət tərəfindən bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğı kimi qiymətləndirib.
Nazir müavini qeyd edib ki, prezident Azərbaycan ədliyyəsinin inkişafı üzrə ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq bölgələrdə məhkəmə və ədliyyə qurumlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilir: "Məhkəmə orqanları üçün yeni binaların inşası, təmiri diqqət mərkəzində saxlanılır. Bundan əlavə, paytaxtla yanaşı bölgələrdə fəaliyyət göstərən məhkəmə sistemlərində ən müasir informasiya texnologiyaları tətbiq edilir, elektron baza yaradılır. Bu isə ölkənin məhkəmə sisteminin daha da müasirləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılmasına xidmət etməkdədir".
Rəsmi hissənin ardından nazir müavini binada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Kəpəz rayon məhkəməsinin yerləşdiyi bina ötən əsrin 50-ci illərində inşa olunub. Bu dövrə kimi burada cari təmir işləri aparılsada əsaslı təmir ancaq bu ilin 7 ayı ərzində həyata keçirilib.
Məlumat üçün bildirək ki, yuxarıda qeyd olunan dövlət proqramına uyğun olaraq Oğuz və Gədəbəy rayon məhkəmələri üçün də yeni binalar tikilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB