"Hər şirkət haqqında belə ifadələr işlətmək düzgün deyil". "Donqili" dediyiniz şirkət 1 milyard dollara yaxın investsiya planları hazırlayıb". Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti, deputat Rövnəq Abdullayev millət vəkili Qüdrət Həsənquliyevin Dövlət Neft Şirkəti, UQE-LANSER. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında müzakirə zamanı bildirdiyi fikrə cavab olaraq deyib.
O bildirib ki, hər "donqili" adlandırdığınız şirkətə beynəlxalq şirkətlər yüksək məbləğdə kreditlər vermir, onun haqqında rəy tərtib etmir. Onun sözlərinə görə, Amerika bankları sözügedən şirkətə milyard dollarlıq vəsaitlər açıb.
Qeyd edək ki, bir qədər əvvəl Q.Həsənquliyev ARDNŞ-in müqavilə bağladığı şirkət barədə internetdə məlumat olmadığını və belə qurumlara Naxçıvanda "donqili" deyildiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB