"Gənc Heydərçi"lər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 – ci il dönümü münasibətilə tədbir keçirib

"Gənc Heydərçi"lər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 – ci il dönümü münasibətilə tədbir keçirib
Bu gün Gənc Heydərçilər Gənclər Birliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 – ci il dönümü münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirin keçilirilməsində məqsəd Heydər Əliyev irsini gənclərə təbliğ etməkdir. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri Nəsimi Qədirov qeyd edib ki, hər bir gəncin borcu Heydər Əliyev irsini dərindən bilmək, onu digərlərinə ötürməkdir. Bu gün Ümumilli Liderin qurduğu siyasətə qarşı çıxanlar da var: "Özünü dərk etməyən bir qrup insan bu siyasətə paxıllıqla yanaşır. Onlar bilməlidirlər ki, xalq Heydər Əliyev siyasətinin ətrafında birləşib. Dərk etməlidirlər ki, bizim liderimiz xilaskardır - Azərbaycanı 90 – cı illərdəki vətəndaş qarşıdurmasından xilas etdi".
Tədbirin davamında çıxış edən təşkilatın sədr müavini, Sahil Hacıyev qeyd edib ki, 20 – ci əsrin əvvəllərində qurulan cumhuriyyət cəmi 23 ay davam edib və xalq dövlətin nə olduğunu bilmirdi: "Azərbaycan 1991 – ci ildə müstəqil olduqdan sonra Ümummilli Lider bizə dövlətin necə olmasını öyrətdi, azadlıq verdi. Damarında türk qanı axan hər bir azərbaycanlı bu müstəqilliyin qorunub saxlanılmasında kömək etməlidir. Amerikada Corc Vaşinqton, Türkiyədə Musatafa Kamal Atatürk kimi ümummilli liderlər var. Bizim də Ümummilli liderimiz Heydər Əliyevdir. H.Əliyev Azərbaycanın həyatında hər bir sahədə öz nidasını qoyub. Elə bir dövlət yoxdur ki, gənclərlə bağlı siyasət starategiyası olsun, amma bu Azərbaycanda var və gənclərlə ciddi surətdə maraqlanırlar".
Sonra çıxış edən Gənc Heydərçi Bayram Aslanov bildirib ki, Ümummilli Liderin bizim həyatımızda gördüyü işlər saysızdır. O qeyd edib ki, Heydər Əliyevin uğurlu siyasətini prezident cənab İlham Əliyev davam etdirir: "Xalq mənsəbini tapmamış çaydır, onu düzgün istiqamətə yönləndirmək lazımdır. Bunun da öhdəsindən Heydər Əliyev və onun davamçısı İlham Əliyevdir. Bu gün Azərbaycan xalqı çox inkişaf edib. Regionlarda gedən sosial iqtisadi inkişaf hər həsə məlumdur".
Daha sonra tədbir digər Gənc Heydərçilərin çıxışları ilə davam etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə