Fikrət Hüseynli “Soros” fondunun Əli Kərimli ilə əlaqələrinə dair yeni faktlar açıqlaya bilər
Müxalifətdaxili çəkişmələr fonunda diqqətçəkən məqamlardan biri də, bəzi xarici maraqlı dairələrdən maddi və mənəvi cəhətdən asılı olan partiyaların son vaxtlar fəaliyyətlərini təxribatlar törətmək, pozuculuq aktlarına rəvac verməklə, böhranlı durumdan çıxmağa çalışmalarıdır. Xüsusi ilə də, Müsavat, AXCP və “Milli Şura”da təmsil olunan ağıldan kasad funksionerləri və baş bilənləri sosial şəbəkələrdə canlı yayımlara çıxaraq birbaşa erməni maraqlarına xidmət edən açıqlamalar edirlər. Bu məsələdə onlara xaricdə məskunlaşan “söyüş müxalifəti” nin fəal üzvləridə informasiya dəstəyi göstərirlər. Bəzən daxili və xarici məkrli dairələrin eyni mövqedən çıxış etmələri və sosial şəbəkələrdə paylaşmalar etmələri onların eyni mərkəzdən idarə olunduqlarını bir daha təsdiqləmiş olur. Məlum olur ki, müxalifət partiaya sədrlərinin hərəsi bir xarici fonda və ya dairəyə bağlı olsada koodinasiya vahid mərkəzdən həyata keçirilir. AXCP sədri Əli Kərimlinin “Soros” fondu ilə yeni əlaqələrinin üzə çıxması daha çox diqqəti çəkir. O mənada ki, Ə.Kərimli “Soros” fondunun İngiltərə nümayəndəliyinin rəhbəri Conatan Mekazile ilə yeni əlaqələri üzə çıxıb. Bəlli olub ki, Ə.Kərimli “Azadlıq” qəzetinin keçmiş yazarı Fikrət Hüseynli vasitəsi ilə C.Mekazile ilə əlaqələr qurub və ona Corc Sorosa salamlarını çatdırmağı xahiş edirb. Bu barədə məlumat verən adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, C.Mekazile yenidən əməkdaşlıq münasibətlərinin bərpa olunmasından məmnunluğunu gizlətməyib və əməkdaşlıq münasibətləri çərçivəsində Ə.Kərimliyə hər cür maddi yardımları göstərəcəklərini bildirib.
AXCP sədri Ə.Kərimlinin yenidən “Soros” fonduna boyun əyməsi onu göstərir ki, tərəflər aralarında yaranan ziddiyətlərə baxamayaraq eyni mövqedən çıxış etməyə məcbur olublar. Çünki, 2013-cü il prezident seçkiləri ərəfəsi “Soros”un maliyyə dəstəyi ilə yardılan “Milli Şura” C.Sorosun maraqlarının ifadəçisinə çevrilə bilmədi. Bu səbəbdən də, tərəflər arasında ciddi ixtilaflar yarandı ki, nəticədə “Soros” “Milli Şura” ya maliyyə yardımları göstərməkdən imtina etdi. Nəticədə qurum dağılmağa start verdi. Yəni, formalaşmasında iştirak etmiş 129 nəfər “Milli Şura” üzvündən 96 nəfəri boş qazanı taqqıldatmağın mənasız olduğunu dərk etdiklərindən qurumdan istefa verdilər. Ə.Kərimli isə “bəlkə yenidən etimad göstərdilər” arzusu ilə qurumda yedək funksiyasını yerinə yetirən Cəmil Həsənli ilə fəaliyyətini davam etdirdi. Artıq Ə.Kərimlinin gözlədiyi “bəlkə yenidən etimad göstərdilər” məqamı yetişib. “Soros”un İngiltərədəki nümayəndəliyi Ə.Kərimli ilə münasibətləri yenidən qurmağa hazır olduğunu bildirib. Bundan ruhlanan Ə.Kərimli sosial şəbəkələrdə fəallığını artırıb. AXCP sədri şantaj və böhtanlarını əsasən sosial şəbəkələr üzərindən yaratdığı saxta profilləri vasitəsi ilə həyata keçirir. Bu isə, ekspertlərində də, qeyd etdiyi siyasi dəllallığın açıq nümunəsidir. Söz yox ki, bu metodda Ə. Kərimlinin uzaqlara hesablanan siyasi oyunlarına yaramayacaq. Bunu hər kəs, o cümlədən AXCP-də təmsil olunan sıravi cəbhəçilərdə aydın şəkildə dərk edirlər.
Fikrət Hüseynli Əli Kərimliyə qarşı kopramatlarla çıxış edə bilər
“Soros”un İngiltərə nümayəndəliyi ilə Ə.Kərimli arasında vasitəçilik edən F.Hüseynlinində sona qədər “ağası”na boyun əyəcəyi inandırıcı görünmür. Çünki, F.Hüseynli Ukraynada polis tərəfindən saxlanınanda Ə.Kərimli ona öz dəstəyini nümayiş etdirmədi. Hətta sosial şəbəkələrdə F.Hüseynliyə hüquqi yardım üçün imkanlarının olmadığını bildirməklə dolayısı ilə ondan imtina etdi. Eyni zamanda, Ə.Kərimlinin fəal trollarından hesab olunan Natiq Adilov F.Hüseynliyə 10 ABŞ dolları atıb. Bunu Ə.Kərimlidə bilir. Məsələnin sülh yolu ilə həll edilməsi üçün F.Hüseynli vasitəçilik etməyi xahiş etsədə, Ə.Kərimli bir növ xahişləri qulaqardına vurub. Bu isə şübhəli məqamlar yardır. O mənada ki, 10 min dolların “yuyulması”nda Ə.Kərimlinində rolu ola bilər. Təbii ki, bunlar ehtimallardır, daha dəqiqini Ə.Kərimli özü və vicdanı bilər. Ancaq açıq olan fakt ondan ibarətdir ki, satirik yazar Mirzə Sakit ona çatmalı olan 10 min dolların Ə.Kərimli tərəfindən mənimsənildiyini və vəsaitini geri almaq üçün çox çalışdığını, ancaq nəticə əldə edə bilmədiyini söyləmişdir. Məhz M.Sakitin dilindən səslənən ittihamlardan çıxış edərək demək olar ki, N.Adilovun F.Hüseynlidən alıb, qaytarmadığı pulun müəyyən hissəsinin Ə.Kərimliyə çatması ehtimalları böyükdür. Bütün bu faktları ümumiləşdirərk, qeyd etmək olar ki, Ə.Kərimli partlamamış bombanın üstündə oturub. Hər an əli hər yerdən üzülən və cibləri boş qalan F.Hüseynli 10 min dollar məsələsini və Ə.Kərimlinin “Soros”un İngiltərə nümayəndəliyi ilə münasibətlərinin qurulması üçün vasitəçilik etdiyini söyləyə bilər.
Cəmiyyət müxalifləri satqın və xəyanətkarlar kimi tanıyır
Faktın açıqlanması Ə.Kərimlinin siyasətdə sonunu gətirə bilər. Bunu Ə.Kərimlinin anlayıb, anlamadığını demək çətin olsada reallıq ondan ibarətdir ki, ağa qara demək, xalqın sevincinə, hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq onların Ə.Kərimlinin və onun ətrafında olanların tərzidir. Məhz bu amilə görə, cəmiyyətin bütün təqbəqləri onları satqın və xəyanətkarlar kimi tanıyıb, nifrət bəsləyirlər. Dünyanı koronavirus epidemiyası ağuşuna aldığl bir vaxtda da dağıdıcı müxalif üsürlər öz bəd əməllərindən əl çəkmir, infeksiyaya qarşı sərt mübarizə tədbirləri nəticəsində əldə olunan müsbət nəticələrə kölgə salama çalışırlar. Azərbaycan Prezident İlham Əliyev “Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq” deyə bildirməklə dağıdıcı müxalifətin əsl yaramaz simasını cəmiyyətə növbəti dəfə çatdırmışdır. Xalqda preizdenti ilə eyni mövqedən çıxış edərək, müxalifətə öz nifrət və qəzəbini nümayiş etdirir. Ancaq görünən odur ki, müxalifət ictima qınaqdan nəticə çıxarmır. Bu isə bir daha onu göstərir ki, xalqdan ayrı düşüb, gözlərin “Soros”ların cibinə dikən kərimlilərin, hacılıların, həsənlilərin umacaları şər və böhtandan, eləcədə satqınlıqdan yoğrulub.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB