"Azərbaycanda heç bir zaman hicaba qadağa yoxdur". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan demokratik cəmiyyətdir və ölkədə istənilən vətəndaş məsələ ilə bağlı sərbəst fikir ifadə edə bilər: "Lakin bu fikirlər qanun çərçivəsində ifadə olunmalıdır".
"Hicaba azadlıq" şüarına gəlincə, B. Muradova söyləyib ki, heç bir qanunda, sənəddə hicaba qadağa qoyulması haqda tələbi tapıb ortaya çıxarmaq mümkün deyil. Onun sözlərinə görə, sadəcə olaraq təhsil müəssisələrində məktəbli forması haqqında qaydalar var və tələb də yalnız hər kəsin bu qaydaya əməl etməsi ilə bağlıdır. "Hansısa qüvvələr hicab məsələsindən yararlanıb Azərbaycanda qarışıqlıq yaratmaq istəyirlər. Azərbaycanda qarışıqlıq yaratmaq istəyən dairələr həmişə olub, bu gün də var,"-deyə, vitse-spiker əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB