Gəncədə “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Gəncədə “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilən "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusundan elmi-praktik konfrans keçirilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, ümummilli liderin Azərbaycan xalqının müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda şərəfli həyat yolundan danışıb.

O, bildirib ki, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, tariximizə qurucu xilaskar kimi daxil olmuş ulu öndər Heydər Əliyev xalqımızın taleyində, ictimai-siyasi, mənəvi həyatında misilsiz rolu olan dahi bir şəxsiyyətdir. Heydər Əliyev şəxsiyyətinin müdrikliyi, böyüklüyü ondadır ki, onun ideyaları, əməli fəaliyyəti təkcə bu günümüzə deyil, həm də uzaq gələcəyə yönəlirdi.

Digər çıxış edənlər də ümummilli liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə