“Seroloji testlərin keçirilməsində məqsəd əhali arasında immun cavabı yoxlamaqdır” ÖZƏL-ŞƏRH
Bildiyimiz kimi artıq ölkədə əhali arasında təsadüfi seçilmiş şəxslərdən 1650-yə yaxın şəxs arasında seroloji testlərin aparılması prosesinə başlanılıbdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-mütəxəssis Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, bu layihənin əsas məqsədi əhali arasında immun cavabı yoxlamaqdan ibarətdir.
"Xəstələrin böyük əksəriyyəti xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirmiş olurlar. Onlar özləri də xəbərsiz olaraq bu xəstəliyi keçirmiş və sağalmış ola bilərlər. Buna baxmayaraq, virus orqanizmdə immun cisimciklərin formalaşmasına səbəb olur ki, bu da həmin seroloji testlər vasitəsilə aşkarlana bilir. Nəticə etibarilə, bu şəxlərdə artıq immunitetin formalaşmasını təyin etmiş oluruq. Əhalinin bu qrupunda neçə faiz şəxsdə immun cavab formalaşıb, neçə faiz şəxs artıq xəstəliyi keçirib sağalmış sayılır və bu virusa qarşı artıq həssas deyillər. İlkin mərhələdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində proqram vasitəsilə təsadüfi seçilmiş 1650-yə yaxın şəxsdə bu testlər həyata keçiriləcək. Bu çox önəmli bir məqamdır və həmin şəxslərin özü üçün də maraqlı bir məlumatdır. Çünki, indiyə qədər şəxsən mənə həkim olaraq, dəfələrlə bu haqda müraciət olunub, insanlar bilmək istəyirlər ki, xəstəliyi keçirmiş ola bilərlərmi. Bildiyimiz kimi, bir müddətdir ki özəl labaratoriyalarda bu testlər ödənişli formada həyata keçirilir və bunun vasitəsi ilə biz onların cavablarını əldə etmiş olmuşuq. Hətta simptomsuz, yəni xəstəliyi nə vaxt keçirdiyini bilməyən şəxslərdə belə qanında immun cisimlərini aşkarladığımız şəxslər olub.
Eyni zamanda, əlavə olaraq onu da bildirmək istəyirəm ki, bu testlər isə ödənişsizdir və həmin şəxslər arzu edərlərsə əgər, onlarda qanın ümumi analizini də həyata keçirmək mümkün olacaq. Yəni, ödənişsiz olaraq, həm də bu müayinədən də keçmiş olacaqlar.", deyə həkim-infeksionist Nəzrin Mustafayeva bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB