Bahar Muradova: “İctimai Palata müəyyən müddətdən sonra ömrünü başa vuran təşkilatlardandır”

Bahar Muradova: “İctimai Palata müəyyən müddətdən sonra ömrünü başa vuran təşkilatlardandır”
"Azərbaycan müxalifət düşərgəsində müxtəlif partiyaların, ayrı-ayrı şəxslərin bir araya gəlib müxtəlif qruplar yaratması ənənə halını alıb". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin vitse- spikeri Bahar Muradova jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, indi müxtəlif adlar altında həmin adamlar müəyyən bir məqsədə görə təşkilat yaradırlar, lakin müəyyən zamandan sonra bu təşkilatlar ömrünü başa vururlar. "Bu gün İctimai Palata deyilən qurum da belə təşkilatlardandır. Onun indiki halda ömrünün başa vurub-vurmadığını bilmirəm, lakin mahiyyət və məzmun etibarı ilə onun sırasında dəyişiklik yoxdursa, o təşkilat hədəfə çatmayacaq",-deyə vitse- spiker vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə