Erməni tapşırığı yerinə yetirənlər…

Erməni tapşırığı yerinə yetirənlər…

Yaxud Azərbaycan hakimiyyətini şərləmək istəyənlər haraya qədər…

Son günlər demoqoqdar yuvası olan “Milli Şura” Azərbaycan dövlətinin uğurlarını, əldə etdiyi nailiyyətləri, işğalçı Ermənistanın törətdiyi təxribatlara layiqli cavabları həzm edə bilməyərək ardıcıl olaraq gecə-gündüz böhtanlı çıxışlar etməkdədirlər. Bu olan işdir, çünki satqınlar yuvası olan "Milli Şura" və AXCP sədri Əli Kərimlinin pultu ilə idarə olunan, bu yaşında özününü qiymətini elə danışdığı kimi dəyərləndirən Cəmil Həsənli, bütün varlığını satan və satılan AXCP sədri Əli Kərimli və xarici ölkələrdə zibilliklərdə sülənən satqın viruslar Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında onların Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktının dayandığını aydın şəkildə göstərməkdədirlər. Xüsusilə də, “Milli Şura”nın son videokonfransından yayılan görüntülərdə açıq şəkildə bildirilir ki, bu demoqoqlar yuvası olan qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf bir daha onların əsl simasını və xislətini aydın nümayiş etdirir. Çünki 26 ildən çox zamandır ki, elə əlilər, cəmillər, isalar, ariflər… satqın olaraq qalıb, ölənə qədər də belə qalacaqlar.

Ancaq etiraf edək ki, bu satqınlar çoxdan ölüblər, bu gün əl-əyağa dolaşan viruslardır, az qalıb bu viruslar da məhv olacaq. Bu viruslar ölkədə hansı sahədə islahatlar aparılırsa, uğurlar əldə edilirsə hamısını öz "vəsiqə"lərinə yazırlar, deyirlər ki, "biz çağırış etməsəydik bu problem həll olunmayacaqdı". Axı, siz kimsiniz ki? Sizi bu xalq qəbul etmir, etməyib. Özünüz dediyiniz kimi tryapkasınız, istifadəyə gərəksiz tryapka! İndi də terrorçu, təcavüzkar Ermənistanın müdafiəsinə yox, öz qrantlarınızın müdafiəsinə qalxdığınızı nümayiş etdirirsiniz.

Ən gülünc məqam isə, hər sözlərinin başında olmayan vicdanlarına, namuslarına and içirlər. Özləri, necə bunu görürlərmi?...

“Sapı özümüzdən olan baltalar” olmayan namuslardan danışmağa…

Son günlər düşmən təbliğatında bir alətə çevrilən Vətəni, torpağı, xalqı, dövləti qrantlara satan Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli, Cəmil həsənli, Gültəkin Hacıbəyli və bu kimi "sapı özümüzdən olan balta"lar "baş verənlərdə ermənilər yox, azərbaycanlılar, bizim diaspora və səfirliyimiz günahkardır" kimi çıxışları məcazi mənada erməni dəyirmanına su tökməkdir. Avropada mühacir həyatı yaşayan Vidadi İsgəndərli ermənilərin işğalçılıq siyasətini dəstəkləyən çıxış edərək deyir: "Vicdanıma and olsun ki, ermənilər bizə ziyan vurmayıb. Əgər bu gün müharibə başlasa, vicdanıma and olsun ki, Fransa ordusunun silahlı əsgəri olmağa hazıram. Amma İlham Əliyev Qarabağın azadlığı uğrunda müharibə elan etsə, mən ermənilərlə döyüşməyə getməyəcəm".

Bax budur mənəviyyatsızlıq, alçaqlıq, nankorluq. Düz deyirsən, sənin kimi viruslar vuruşmağı bacara bilməz. Çünki sənin kimilər artıq çoxdan ayaqlar altında qalıb, tapdalanıb..

Bu xora qoşulanlardan biri də Əli Kərimliyə mətbuat katibliyi edən Sevinc Osmanqızının çıxışındakı tezislərə diqqət edək: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq...

Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanı kimin başlatdığına girməyəcəm. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhədində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin «V» hərfini görürsünüzmü? Bu şüvənlikdir, vətənşüvənlikdir”...

S.Osmanqızıdan bunu eşitmək heç də təəccüb doğurmur. Çünki bu o S.Osmanqızıdır ki, atası şəhid olan, həm də ermənilər tərəfindən öldürülməsinə belə heç tükü belə tərpənmirsə, hansı əxlaq, mənəviyyat, vicdan, namus gözləmək olar? Və yaxud da sabiq səfir Arif Məmmədovdur. O da deyir ki, ermənilərin heç bir günahı yoxdur, baş verənlərin yeganə günahkarı Azərbaycanın xüsusi xidmət orqanlarıdır. Elə bu fikirdən görünür ki, öz ölkəsinə dönük çıxan eks-səfir, əslində kimə xidmət edir. Arif Məmmədov çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirlər səsləndirir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır.

“Azərbaycan xalqını, dövlətini təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycan xalqını, dövlətini təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Milli sözünü də biabır edən “Milli Şura” adlı dərnək keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Onlar öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın aşağılanmasına yol veriblər. Onlar barəsində tədbirlər görülməlidir. Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. Demək, insanlar serialı sizdən üstün tutur, türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür”.

S.Novruzov qeyd edib ki, hər bir deputat məsələyə münasibət bildirməlidir:

“Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər cinayət məsuliyyəti ilə ölçülməlidir. Biz xalqın aşağılanmasına imkan verə bilmərik. Hesab edirəm ki, qanunları sərtləşdirməliyik. Onlar özlərini ifşa etdi”. Göründüyü kimi, Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Və şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyillər. Yaxın zamanlarda isə etdiyiniz cinayətlərin qanun və xalq qarşısında cəzasını çəkəcəksiniz! Və çağırışlarınız da küt baltalar kimi, nəticəsiz olacaq!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə