Ermənilərin ağrılı yeri

Türk dövlətlərinin yürütdüyü birgə siyasət son zamanlar beynəlxalq təşkilatlarda, ələlxüsus da erməni cəmiyyətində özünü büruzə verir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.am saytı yazır.

İşğalçı ölkəyə məxsus mətbuat səhifəsi yazır ki, xüsuilə, 2009-cu ildə yaradılan "Türk Şurası" və ya "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası", daha aydın şəkildə desək, türk dövlətlərini birləşdirən beynəlxalq platforma ermənilərin ən ağrılı yeridir. Qeyd olunur ki, "Türk Şurası"nın yaradılması haqqında rəsmi Sazişdə bu təşkilatın yaradılmasının məqsədinin bölgədə və bütövlükdə dünyada sülhün möhkəmləndirilməsinə, təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə vermək üçün birgə səylərlə yanaşı, ortaq bir quruluş içində qarşılıqlı fəaliyyətə töhfə verilməsidir.
"Türk Şurası"-nın yaradılması başqa, gizli məqsədlər güdür. İlk növbədə bu təşkilatda üstünlük təşkil edən Türkçülük ideologiyasıdır. Ermənistanın isə bu birliyin fonunda bir ölkə olaraq xəritədən silinmək təhlükəsi var və bu bütün erməniləri narahat edir", deyə Ermənistana məxsus mətbuat səhifəsində qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə