"5-ci kolonun üzvləri düşmənin xeyrinə olan hər şeyi etdilər" ÖZƏL-MÖVQE
"Radikal müxalifət‚ bəzi dini cərəyanlara qoşulmuş quruplar‚ xaricdə ölkəmizi hədəf almış söyüş çetesinin nümayəndələri olan əxlaqsızlar və daxildəki bilinən və bilinməyən 5-ci kolon üzvləri Dövlətçiliyimizi hədəf alıblar və bu anti-milli ünsürlər ölkəyə zərbə vurmağa çalışırlar. Cəbhədə erməni təxribatı başlayandan bunlar da ermənilərlə birgə Azərbaycana və ölkəyə qarşı hər formada hücuma keçdilər". Bunu SİA-ya açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib.
Onun sözlərinə görə, bütün Azərbaycan xalqı dinindən‚ inancından‚ milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bu gün dövlətimizə və ordumuza dəstək nümayiş etdirir‚ bütün Azərbaycan xalqı dövlətimizlə və ordumuzla həmrəyliyini göstərir: "İyulun 12-də Tovuz rayonunun Ağdam kəndi istiqamətində dövlət sərhədlərimizə düşmən tərəfindən təxribatçı hücumlar baş verərkən və mülki şəxslər atəşə tutulduğu zaman‚ bir nəfər 70 yaşlı mülki sakinimiz və biri general olmaqla hərbi rütbəli qulluqçularımız şəhid edilərkən‚ iki kəsimi dövlətimizə‚ xalqımıza‚ şanlı ordumuza və şərəfli əsgərlərimizə dəstək ifadə etdiklərini görə bilmədik‚ radikal müxalifət və vaxtilə İranlı generalın ölümünə yas tutanları. Daim ölkəmizi təhdid edən iranlı terrorçu general öldükdə bütün günü ah-vay edən‚ bütün günü iranlı generalın şəkillərini paylaşıb yas tutanlar bu gün qətiyyən yoxdular. Sual olunur ki‚ qeyrətli və şərəfli bir Azərbaycan generalı‚ qeyrətli bir vətən oğlu‚ xalqın dəyərli övladları şəhid oldular və həmin iranlı generala yas tutan sizlər haradasınız? Bu gün kimin nə olduğu‚ hara‚ kimlərə və hansı maraqlara xidmət etdiyi çox aydın görünür. Dini kəsimlə birgə radikal müxalifət də ənənəvi siyasətinə sadiq qalaraq yenə ordumuzun‚ dövlətimizin və xalqımızın yanında olmadı və əksinə radikal müxalifət düşmən dəyirmanına su tökməyə‚ ölkədə qarışıqlıq yaratmağa‚ çaşqınlıq və təxribatlar törətməyə çalışdılar.
Radikal müxalifət hər zamankı kimi‚ vətən xainliyi edərək‚ vətənə və xalqa xəyanət yolunu seçib. Onlar ölkəmizin bütün milli maraqlarını ermənipərəst qüvvələrə satıblar. Gecə gündüz erməniləri dəstəklədilər. Onların yarısı daxildə bu xainliyi etdilər‚ yarısı da xaricdə müxtəlif ölkələrdə erməniləri açıq mətnlərlə televiziya ekranlarında‚ mətbuatda və sosial şəbəkələrdə erməniləri var qüvvələrilə və bütün imkanları ilə dəstəkləyərək bütün milli maraqlarımızı ayaqladılar‚ əsl xainlik etdilər. Radikal müxalifətin bir çox üzvləri burada və xaricdə ermənilərə haqq qazandıraraq ölkəmizə qarşı erməni terrorçularının hücumlarını dəstəklədilər‚ Azərbaycanı ermənilərlə bu münaqişədə günahkar bildilər‚ vətəni müdafiə etməyi şivənlik adlandırdılar‚ vətəni müdafiə etməyi və ermənilərə qarşı ölkəni və xalqı qorumağımızı səhv yol adlandırdılar‚ düşmənin yararına olan hər işi etdilər.
Çox təəssüfki‚ xarici düşmən qüvvələrin və ermənipərəst dairələrin oyuncağı olan daxildəki 5-ci kolon və anti-milli ünsürlər bu gün daxildə dövlətimizə və ordumuza qarşı əks mövqe sərgiləyirlər və vətən xainliyi edərək düşmən dəyirmanına su tökürlər. Xalq özü bütün bunları görür və hər şeyi xalq özü dəyərləndirir. Elin gözü tərəzidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB