Yerevan meri Ayk Marutyanın vəzifəsindən gedə biləcəyi barədə məlumatlar yayılır. SİA Ermənistana məxsus armenianreport.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Hraparak" qəzeti mövzunu inkişaf etdirərək bu barədə yazır.
"Məzuniyyətdə olan Yerevan meri Ayk Marutyan söhbətlər dolaşır. Onun bir neçə dəfə istefa ərizəsi yazdığı, hansısa səbəbdən bu ərizələrin qəbul edilmədiyi bildirilsə də, koronavirus epidemiyası merin yerində olmadığını aydın şəkildə anlamağa səbəb oldu.
Qəzetin mənbələri bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan da ondan çox narazıdır.
Marutyanın səlahiyyət müddəti hələ bitməmiş və seçkilərə 3 il qalmış olduğundan, əksəriyyəti Ağsaqqallar Şurasından ibarət fraksiya öz üzvləri arasından bir mer seçməlidir. "Ermənistanın Bazarlara Nəzarət Təftiş Orqanının rəhbərinin, Yerevan Ağsaqqallar Şurasındakı "Mənim addımım" blokunun fraksiyasının üzvü Armen Kotolyanın adı müzakirə olunur" deyə qəzet qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB