Azərbaycan Prezidenti Ağcabədi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Prezidenti Ağcabədi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Mayın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfər edib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında yeni yaşıllıq zolağı salınmış, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə