Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirib

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirib
Bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətləri haqqında danışıb.

O qeyd edib ki, Azərbaycanın parçalanması və müstəqilliyinin itirilməsi təhlükəsi yaranan bir zamanda Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla, xalqın xilaskarına çevrildi, eyni zamanda apardığı uzaqgörən siyasəti nəticəsində bu gün sürətlə inkişaf edən dövlətimizin bünövrəsinin möhkəm təməllər üzərində dayanmasının təminatçısı olub: "Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirməsi və bu siyasəti uğurla həyata keçirməsi, həyata keçirilən beynəlxalq, regional layihələr dövlətimizin inkişafı ilə bərabər onun müstəqilliyinin qarantına çevrildi".

V.Qədirov Heydər Əliyevin bütün sahələrlə bərabər qaçqınlara və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bu gün də prezident İlham Əliyev tərəfindən davam etdirilməsini, bu təbəqənin insanlarına həssas münasibətini torpaqlarımızın işğaldan tezliklə azad olunacağına inamını daha da artırdığını qeyd edib.

Sonra Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Kəmalə Əliyeva, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin sədri Arzu Qədirova, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu və digər natiqlər Heydər Əliyevin gördüyü işlərdən və Azərbaycan Xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışıblar.

Tədbirin sonunda isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarının təbliği və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında səmərəli fəaliyyətlərinə görə bir qrup qaçqın və məcburi köçkün gənc təşkilat tərəfindən diplomlarla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə