“Heydər Əliyevin milli inkişaf konsepsiyasının uğurları: Qaradağ rayonu quruculuğun yeni mərhələsində” adlı dəyirmi masa keçirilib
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə "Heydər Əliyevin milli inkişaf konsepsiyasının uğurları: Qaradağ rayonu quruculuğun yeni mərhələsində" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masa Yeni Azərbaycan Partiyası Qaradağ rayon Təşkilatı ilə Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə millət vəkillərindən Jalə Əliyeva, Mixail Zabelin, Ağalar Vəliyev iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq rayonun mərkəzində ucaldılan Heydər Əliyev parkına daxil olaraq orada Heydər Əliyevin heykəlinin önünə gül dəstələri qoyublar. Daha sonra tədbir Heydər Əliyev mərkəzində davam edib.
Tədbiri Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf siyasətindən və ölkədə bu gün siyasəti layiqincə davam etdirən dövlət başçısı İlham Əliyevin nailiyyətlərindən danışıb. O qeyd edib ki, Qaradağ rayonu Bakının ən böyük rayonu olmaqla yanaşı həm də sənaye müəssisələrin çoxunun burada yerləşdiyi bir ərazidir: "Burada Sanqaçal Terminalının, Heydər Əliyev adına Dərin Dəniz Özülləri Zavodunun olması əhalinin işlə təminatına şərait yaradan əsas sənaye obyektləridir".
S. Mikayılov həmçinin İlham Əliyevin əvvəllər Qaradağ rayonuna deputat seçilməsini də qeyd edib və vurğulayıb ki, qaradağlılar bununla fəxr edir və bu gün də ölkə prezidentinin qaradağlılara göstərdiyi qayğı görünməkdədir.
Sonra tədbirdə YAP Qaradağ rayon Təşkilatının sədri Aydın Hüseynov çıxışında bildirib ki, ulu öndərin milli inkişaf konsepsiyasından bir çox tezislərə toxunub: "Bu gün bu inkişaf konsepsiyası İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İlham Əliyevin məhz uğurlu iqtisadi siyasətinin nəticəsidir ki, Azərbaycan regionda lider dövlət kimi iri layihələrin müəllifidir".
Tədbirdə millət vəkili Fəttah Heydərov çıxış edərək ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, ulu öndər ömrünün 35 ilindən çoxunu müstəqil Azərbaycanın uğurlu inkişafına sərf edib: "Məhz bu uğurlu iqtisadi inkişafın nəticəsidir ki, Azərbaycanın bütün regionlarında böyük işlər aparılır. İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində regionlarda böyük abadlıq işləri aparılmaqla yanaşı, əhalinin şəraitinin günbəgün yaxşılaşması göz önündədir".
F. Heydərov həmçinin vurğulayıb ki, son 6-7 il ərzində ölkədə böyük və iqtisadi gücə malik olan yeni sənaye müəssisələri, turizm obyektləri açılmaqdadır: "Bu isə əhalinin işlə təminatını təmin edən amillərdəndir".
Tədbirdə millət vəkili Jalə Əliyeva da ümummilli Heydər Əliyevin uğurlu siyasətindən danışıb.
Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında keçirilən inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub.
Tədbir iştirakçıları həm də Mərkəzi Parkda təşkil edilən gül bayramında iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB