"Paşinyanın BBC-yə verdiyi müsahibə rəzilliyin bir ilki idi" ÖZƏL - AÇIQLAMA
"Dağlıq Qarabağ problemi ilə əlaqədar jurnalist yanaşmalarına və Ermənistan rəsmilərinə ünvanlanan suallara həmişə diqqət ayırıram. Lakin, ilk dəfə idi ki, bu cür aydın və açıq şəkildə həqiqətlər beynəlxaql jurnalistin dilindən səslənirdi. Bu sualların hər birinin qarşısında Ermənistanın Baş naziri Nikol Paşinyanın aciz qalmağı və sualları cavablandırmaqda nə qədər çətinlik çəkdiyi aydın şəkildə görünürdü". Bu sözləri SİA-ya özəl açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyev, BBC-nin "Hard Talk" verilişinin jurnalistinin Ermənistanın Baş naziri Nikol Paşinyana verdiyi suallarda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bu siyasətin hələ də davam etdirilməsinin açıq şəkildə ifadə olunmasından danışarkən deyib.
Onun sözlərinə görə, bu gün təkcə Azərbaycanda yox, dünyanın bir çox beynəlxaql media vasitələrində, sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də, məhz, bu müsahibədir: "Paşinyanın BBC-nin jurnalistinə verdiyi müsahibə gündəmdə olan və danışılan mövzudur. Müsahibədə verilən sualların hər biri Azərbaycanın qaçqın və köçkün, didərgin düşmüş Qarabağ və ətraf rayonları sakinlərinin, eləcə də, bütün Azərbaycan xalqının ürəyindən keçən suallar idi. Hər bir Azərbaycan vətəndaşı bu sualların Ermənistan rəsmilərinə ünvanlanmasını istərdi. Bu ilk dəfə idi ki, açıq şəkildə Ermənistanın yüksək vəzifəli məmuruna beynəlxalq cəmiyyəti və medianı təmsil edən qurumun nümayəndəsi tərəfindən belə suallar ünvanlanırdı. Biri-birinin ardınca son dərəcə kəskin, obyektiv və ədalətili suallar verildi. Ermənistanın Baş naziri bu suallar qarşısında çox cılız vəziyyətə düşdü. Bu sualların hər birindən yayınmağa və qaçmağa çalışdı".
BAMF-nin Prezidenti vurğulayıb ki, BBC jurnalistinin dilindən dəfələrlə Paşinyanın əvvəllər jurnalist olması və insan hüquqları ilə məşğul olması dilə gətirildi və bunun ardınca bu gün onun Azərbaycan xalqından və cəmiyyətindən törədilən qanlı, vəhşətli əməllərə görə üzr istəmək cəsarətində olmadığı səsləndirildi.
Umud Mirzəyev əlavə edib ki, BBC-nin bu səpkidə apardığı müsahibəni çox yüksək qiymətləndirir və Azərbaycan milli mediasının beynəlxalq media qurumları ilə əməkdaşlığını daha da gücləndirməsini tövsiyyə edir: "Bəzən Azərbaycanın haqq səsini ucaldan yoxdur deyə Azərbaycan vətəndaşı özünə qapanır və Ermənistanın daha çox dəstək aldığının dilə gətirik, lakin, mənə elə gəlir ki, ədalət deyilən bir məhfum var, hansı ki, müəyyən dərəcədə din ortaqlığı və yaxınlığı, müəyyən həmrəyliklər olsa da, hər insanın ədalət qarşısında bir duruşu var. Biz bunu müşahidə etdik ki, həqiqətən də Azərbaycanın həqiqətləri artıq beynəlxalq media qurumlarının tribunalarından obyektiv şəkildə səslənməkdədir. Bu da Azərbaycan həqiqətlərinin uzun illər ardıcıl olaraq təbliğ edilməsi ilə bağlı görülən səylərin nəticəsidir. Bu istiqamətdə işlərimizi daha da genişləndirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB