Mübariz Qurbanlı: “Müstəqilliyin 20 illik yubleyi ilə əlaqadar Milli Məclisdə işçi qrupu yaradılsın”
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı müstəqilliyin 20 illik yubleyi ilə əlaqadar Milli Məclisdə işçi qrupun yaradılmasını təklif edib. SİA-nın məlumatına görə, millət vəkili bu təkliflə Parlamentin bu günki iclasında çıxış edib. Millət vəkili çıxışında deyib ki, bu işçi qrupu payız sessiyasına qədər müstəqillik tariximizdəki uğurlarımız və problemlərimizi araşdırmaq üçün təkliflərini ortaya qoymalıdır. "Təklif edirəm ki, payız sessiyası zamanı parlamentin bir iclası Müstəqillik Aktının qəbulunun 20 illiyinə həsr edilsin və burada deputatlar çıxış edərək mövqelərini bildirsinlər",-deyə M. Qurbanlı vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB