Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında növbəti telefon danışığı olub. SİA-nın TASS-a istinadən verdiyi məlumata görə, Putin və Lukaşenko Belarusda prezident seçkilərindən sonra respublikaya xaricdən göstərilən təzyiqləri nəzərə almaqla yaranmış vəziyyətin müzakirəsini davam etdiriblər. Rusiya tərəfi İttifaq dövlətinin yaradılması haqqında müqavilənin prinsipləri əsasında, eləcə də, lazım olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə vacib yardım göstərməyə hazır olduğu təsdiqləyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB