Rusiyada kütləvi zəhərlənmə baş verib

Rusiyada kütləvi zəhərlənmə baş verib

Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində bir neçə gün əvvəl qeydə alınmış zəhərlənmə hadisəsi nəticəsində zərərçəkənlərin sayı artıb. SİA-nın Rusiya mətbuatına sitinadən verdiyi xəbərə görə, təxminən 150-170 nəfər qida zəhərlənməsi simptomları ilə səhiyyə ocaqlarına müraciət edib. "Salmonellez" diaqnozu qoyulan həmin şəxslər hazırda xəstəxanalarda müalicə alır.

 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hadisəyə İjevsk şəhərində nəqliyyat departamentlərindən birinin yeməkxanasında verilən qida məhsulları səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə