Kasıb ermənilərin varlı Baş naziri, yaxud Paşinyan 1,3 milyon dollarlıq saatı

Boşboğazların peşəsidir, hay-küy salar, suları bulandırar, özünü millətə canıyanan kimi göstərər və sonda... Sonda isə istədiyini əldə edəndən sonra dişini göstərər. Lap Ermənistanın Baş naziri Nikol Paşinyan kimi...

Bu erməni - əvvəlin jurnalisti, siyasi məhbusu, insan haqlarını yorulmaz keşikçisi xələfini kürsüdən qovmaq üçün hər çür oyunbazlığa, fırıldağa əl atdı, dayısı Sorosun pulları ilə İrəvanın küçələrini döyüş meydanına çevirdi, başıboş ermənilər də elə bildilər ki, Paşinyan kürsüdə əyləşən kimi hamının qarnı doyacaq, Ermənistana milyonlar axacaq, Qarabağı da məcmeyinin içində gətirib qoyacaqlar Teatr meydanına. Amma...

Amması çox pis oldu, xalq başa düşdü ki, küçədən hakimiyyət kürsüsünə gəlmək daha betər imiş. Paşinyan özünü erməni cəmiyyətinə hər zaman sadə, təvazökar həyat tərzi sürən bir şəxs kimi təqdim etməyə çalışsa da sən demə Baş nazirin iştahası qarnı doyana kimi deyilmiş. Onun vaxtaşırı “Facebook” sosial şəbəkəsindəki səhifəsində evində olduğu vaxt canlı yayım açıb sadə həyat tərzi keçirdiyini, sadə nahar və şam etdiyini nümayiş etdirməsi də bunun əyani göstəricilərindən hesab oluna bilər. Ancaq artıq bir neçə dəfə üzə çıxan faktlar Ermənistan liderinin bu addımının nümayiş xarakterli olduğunu isbatlayıb. Onun bu yolla erməni cəmiyyətinin gözünə kül üfürdüyü bu günlərdə bir daha isbat olunub.

İşğalçı ölkənin baş naziri bu günlərdə BBC televiziyasının “Hard Talk” proqramında aparıcı Stiven Sakur qarşısında dəyəri nə az, nə çox, düz 1,3 milyon dollar olan qol saatı taxması ilə diqqət çəkib. Müsahibə zamanı çəkilən fotoların yaxından analizi saatın “Patek Philippe” markası olduğunu müəyyən etməyə imkan verir.
Bu yerd necə deyərlər, xoruzun quyruğu görünür. Məlumdur ki, Ermənistan kasıb, ərazisi kiçik və faydalı qazıntılarla zəngin olmayan ölkədir. Üstəlik, onun öz işğalçılıq siyasəti üzündən qonşu Azərbaycan və Türkiyə ilə sərhədləri təbii olaraq bağlıdır. Ermənistanın əsas maliyyələşmə mənbəyi xaricdən daxil olan ianələrdir. Ermənistan artıq uzun illərdir ki, ianələr hesabına yaşayan bir dövlətdir. Eyni zamanda burada xeyli zəngin oliqarx var ki, onlar silah və narkotik qaçaqmalçılığı, korrupsiya və insan oğurluğu kimi cinayətlərlə məşğul olaraq varlanırlar. Ermənistanın baş naziri də onlardan geri qalmaq istəmir, bahalı aksessuarlardan istifadə etmək arzusu onu və ailəsini qaçaqmalçılıq, korrupsiya və sair çirkin əməllərdən istifadə etməkdən çəkindirmir.

Bütün xəbərlər Facebook səhifəmizdə