Naxçıvan Muxtar Respublikasında iqtisad məhkəməsinin ləvğ olunması barədə konstitusiya qanununa dəyişiklik birinci oxunuşda qəbul edilib

Naxçıvan Muxtar Respublikasında iqtisad məhkəməsinin ləvğ olunması barədə konstitusiya qanununa dəyişiklik birinci oxunuşda qəbul edilib
Parlamentin iclasında Naxçıvan Muxtar Respublikasının konstitusiyasında dəyişik birinci oxunuşda təsdiq edilib. SİA-nın məlumatına görə, Konstitusiyanın 45-ci maddəsində olunan dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikasının iqtisad məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrlə əvəz olunub. "Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahəhiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir", -deyən Əli Hüseynli bildirib ki, qanunda olunan dəyişiklikdə belə deyilir. Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycanda İqtisad məhkəmələrinin ləğv olunmasının Naxçıvanda da tətbiq olunmasına yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə