Fəzail Ağamalı: Milli maraqlarımıza zidd fəaliyyətlə məşğul olan partiyaları cəmiyyətimiz qəbul etmir - MÖVQE

Fəzail Ağamalı: Milli maraqlarımıza zidd fəaliyyətlə məşğul olan partiyaları cəmiyyətimiz qəbul etmir - MÖVQE
"Radikal müxalifətin birləşdiyi qurumun iflasa uğraması labüd idi". Bu fikirləri AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. SİA-nın verdiyi məlumata görə, F.Ağamalı bildirib ki, milli maraqlarımıza zidd fəaliyyətlə məşğul olan partiyaları cəmiyyətimiz qəbul etmir. Onun sözlərinə görə, Azərbaycan xalqı dünya baş verən prosesləri diqqətlə izləyir və bundan özü üçün düzgün qərar çıxarır. "Bir neçə dəfə radikallar ölkədə qarışıqlıq yaratmağa cəhd etdilər. Amma gördülər ki, bu cür hərəkətlərin heç bir nəticəsi olmayacaq. İndi isə bir-biriləri arasında mübahisə edirlər. Əslində, bu vəziyyət həmişə onlara xas olub"- deyə AVP sədri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə