Pakistan ərazisində gizlənən Taliban dini qruplaşmasının lideri Molla Məhəmməd Ömər ABŞ xüsusi xidmət orqanlarının növbəti hədəfinə çevrilə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu gün amerikalı general Riçard Millz jurnalistlərə verdiyi açıqlamasında belə fikirdə olduqlarını bildirib. Qeyd edək ki, Riçard Millz ötən ilin aprelindən bu ilin aprelinədək ABŞ-ın Əfqanıstanın cənub-qərb bölgəsində, konkret olaraq Gilmənd əyalətində Talibanla mübarizə aparan 29 minlik qoşununa başçılıq edib. Gilmənd əyalətində isə Molla Ömərin də təmsil olunduğu puştu tayfaları məskunlaşıblar. 1996-cı ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban dini qruplaşması 2001-ci ilədək Molla Ömərin rəhbərliyi altında ölkəni idarə etmişdilər.
General əlavə edib ki, məhz Molla Ömərin icazəsi ilə "Əl-Qaidə" lideri Usama Bin Laden Əfqanıstan ərazisindən rəhbərlik etməklə bütün dünyada terror aktları həyata keçirilməsi planını hazırlayıb. 2001-ci ildə Pentaqonun Əfqanıstanda hərbi əməliyyatlara başlamasından sonra isə Palistan ərazisinə qaçıb. Amerika kəşfiyatı onun Kvetta şəhərində gizləndiyini güman edir. Onun başına 10 milyon dollar pul qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB