İqbal Ağazadə "Amnistiya haqqında” qanunun qəbul olunmasını təklif edib

İqbal Ağazadə "Amnistiya haqqında” qanunun qəbul olunmasını təklif edib
Bu gün Milli Məclisdə 28 May Respublika günü ilə bağlı "Amnistiya haqqında" qanunun qəbul olunması təklif olunub. SİA-nın məlumatına görə, bu barədə parlamentdə millət vəkili İqbal Ağazadə öz çıxışında təklif edib. O, qeyd edib ki, hazırda bu qanunun qəbul olunmasına kifayət qədər ehtiyac var və onlarla ailə bu gün bunu gözləyir. "Onlarla ailələr indi həmin gün münasibətilə amnistiya gözləyir. Ümid edirəm ki, cənab prezident öz qanunvericilik təşəbbüsü hüququndan istifadə edib bu gün ərəfəsində bu məsələni qaldıracaq", -deyə millət vəkili vurğulayıb. İ.Ağazadə amnistiyanın qəbul olunmasında 2 Aprel mitinqlərində saxlanılan şəxslərin də nəzərdə tutulmasını xahiş edib. Millət vəkili həmçinin dövlət büdcəsinin müzakirəsinə qədər "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiklərin qəbul edilməsini təklif edib. "Bu ilki dövlət büdcəsində siyasi partiyaların maliyyələşməsi məsələsi də nəzərdə tutulsun",-deyə o, əlavə edib.
Millət vəkili Siyavuş Novruzov isə deyib ki, amnistiya barədə qanuna heç bir ciddi cinayət törədilmiş şəxslər düşmür. "Əgər bu gün hansısa jurnalist, hansısa siyasətçi xarici dövlətdən maliyyələşərək vətəninə xəyanət edirsə, bu siyasi məhbus deyil, əsl cinayətkardır. Ona görə də onlar axıra kimi cəzalarını almalıdırlar",-deyə S.Novruzov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə