“Əli Kərimli və Cəmil Həsənli ermənipərəst qüvvələrin maraqlarından çıxış edirlər” AÇIQLAMA

“Xaricdəki erməni və ermənipərəst qüvvələrlə ölkəmizdə cinayətlər törədərək xaricdə qaçıb gizlənən “söyüş müxalifəti”nin üzvləri eyni mövqedən çıxış edirlər”. Bunu “Səs” qəzetinə açıqlamasında AXCP sədri Əli Kərimlinin əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov deyib.

Onun sözlərinə görə, bəzi məkrli xarici dairələr Azərbaycanın dünyada artan nüfuzundan narahatçılıq keçirlər: “Bu səbəbdən də, çalışırlar ki, müxtəlif vasitələrlə ölkəmizin inkişafına mane olsunlar. Eyni zamanda, ölkəmizin də daxilində öz maraqların təmin etməyə çalışan bəzi siyasi qüvvələr var. Məsələn elə götürək AXCP, “Mili Şura”, Müsavat kimi partiyaları, onlar pul qazanmaq, maliyyə imkanlarını artırmaq üçün ölkəmizdəki mövcud ictimai siyasi sabitliyi pozmağa cəhd edirlər. Çünki, maddi və mənəvi dəstək aldıqları xarici maraqlı dairələr onlara belə göstəriş verir və qarşılarında tələb qoyurlar. Ə.Kərimli, C.Həsnli, A. Hacı kimilər heç zaman öz ağılları ilə hərəkət etməyiblər, müstəqil düşüncəyə, qərarlara malik olmayıblar. Onların istiqamətləndirən, təlimatlandıran xarici ağalarıdır”.

N.Kərimov onu da bildirdi ki, bəzi müxalif şəxslərin iyulun 14-də parlamentin binasına daxil olaraq, dağıntılar törətmələri, polislərə xəsarətlərə yetirilmələri Ə.Kərimli və C.Həsənlinin uzun müddət hazırladıqları məkrli planın növbəti tərkib hissəsi olmuşdur: “Cinayətkar cəzasız qala bilməz. Azərbaycan hüquq-mühafizə orqanları pozuculuq aktları törədən, şəhərdə asayişi pozmağa çalışan müxalif şəxsləri aşkar edərək, məhkəmə qarşısına çıxarılmalarını təmin edəcək. Təbii ki, həbs edilənlər layiq olduqları cəzanı alacaqlar”.

“Azərbaycan fermeri” qəzetinin baş redaktorunun sözlərinə görə, “Milli Şura” və AXCP rəhbərliyinin maraqları xaricdəki ermənipərəst qüvvələrlə üst-üstə düşür: “Daxili və xarici qüvvələrin əsas fəaliyyət istiqamətləri Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirməkdir. Sevinc Osmanqızını, Qənimət Zahidi, Arif Məmmədovu və digərlərini də danışdıran, ölkəmizə qarşı şər və böhtanlar səsləndirməyə təhrik edən xarici məkrli dairələrdir. Ancaq xaricdə gizlənib, atributlarımızı sosial şəbəkələr vasitəsi ilə təhqir edənlərdə gec-tez Azərbaycana gətirilərək, məhkəmə qarşısına çıxarılacaqlar. Bununla belə məkrli qüvvələr anlamalıdırlar ki, onların nə etməsindən və nə istəməsindən asılı olmayaraq həmin qüvvələr heç vaxtı öz məkrli istəklərinə nail ola bilməyəcək. Çünki, bu gün güclü və qüdrətli Azərbaycan dövləti və onun qətiyyətli Prezidenti var”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...