Əli Əhmədov: "Parlamentə təmsil olunan müxalifət partiyaları mövqelərini bir araya gətirə biliblərsə, mən bunu irəliyə doğru atılmış bir addım hesab edirəm"
"İstər Azərbaycan müxalifəti, istər qanunvericilik əsasında yaradılan və qanuni surətdə fəaliyyət göstərən digər təşkilatlar və qurumlar kütləvi aksiyalar keçirmək fikrinə düşəndə, buna ehtiyac hiss edəndə bu istəklərini həyata keçirmək imkanlarına malikdirlər. Reallıq ondan ibarətdir ki, İctimai Palata deyilən qurumun istəkləri və arzusu ilə onların imkanları üst-üstə düşmür". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildirib ki, müxalifət ola bilsin ki, ürəklərində hər həftənin sonu, şənbə və bazar günü kütləvi aksiya keçirmək istəyir, arzulayırlar. Onun sözlərinə görə, ancaq kütləvi aksiya keçirməkdən ötrü bu aksiyalarda iştirak etməyi arzulayan adamlar da olmalıdır. Ə.Əhmədov vurğulayıb ki, İctimai Palatada təmsil olunanların istək və arzularına baxmayaraq onların təşkil etdikləri kütləvi aksiyalarda iştirak etmək istəyən vətəndaşlar yoxdur.
"Onların bir neçə dəfə kütləvi aksiya keçirmək cəhdləri bunu açıq şəkildə göstərdi. Ona görə də görünür ki, İctimai Palata şərləmək metodunu seçib. Beynəlxalq təşkilatlar qarşısında guya belə bir təəssürat yaratmaq istəyir ki, Azərbaycan hökuməti İctimai Palatanın və yaxud hansısa qurumların kütləvi aksiyalar keçirmək istəklərinin reallaşmasına imkan vermir. Həqiqət isə bundan ibarətdir ki, sadəcə olaraq onlar istəklərini həyata keçirmək imkanlarına malik deyillər, onları çağırışlarını dəstəkləyib təşkil etdikləri aksiyalarda ən azında bu aksiyaların kütləvi adlandırıla biləcəyi bir fon yarada biləcək sayda insanlar gəlmir. Beləliklə də onlar özlərinin simalarını itirməməkdən ötrü sifətin itirilməsinə daha çox gətirib çıxaran şərləmə metodunu seçiblər. Onların şərləmə obyekti kimi seçdiyi isə Azərbaycan hökumətidir. Guya Azərbaycan hökumətinin onların keçirmək istədikləri aksiyalara imkan vermədikləri barədə beynəlxalq təşkilatlarda təəssürat yaradırlar. Kütləvi aksiyaları onlar keçirmək istəyirlər, amma bunun üçün imkanları, lazımi dəstəkləri yoxdur. Bu nöqteyi-nəzərdən İctimai Palatanın azərbaycanda fasiləsiz, ardıcıl olaraq kütləvi aksiyalar keçirmək istəklərini o qədər də reallığa söykənən istək hesab etmirəm", - deyə YAP-ın sədr müavini əlavə edib.
Ə.Əhmədov müxalifətin deputat qrupunun yaradılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda müxalifət məfhumunu inhisara almağa çalışan bəzi müxalifətçilər var: "Hesab edirəm ki, Azərbaycan müxalifəti anlayışı kifayət qədər geniş və rəngarəngdir. Buraya radikalçılar, mərkəzçi mövqedə dayanan müxalifətçilər, konstruktiv müxalifət və digərləri daxildir. Bunların da əhəmiyyətli bir hissəsi parlamentdə təmsil olunublar. Əgər Azərbaycan parlamentində təmsil olunan müxalifət bir araya gələ bilirsə və bu zəmində parlament müxalifət qrupunu yaratmaq fikrinə düşüblərsə, hesab edirəm ki, bunu normal qarşılamaq lazımdır. Azərbaycana səfər edən beynəlxalq təşkilat və qurumlar Azərbaycandakı siyası partiyaların nümayəndələri, o cümlədən parlamentdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri ilə də görüşlər keçiriblər. Əgər bu partiyalar mövqelərini bir araya gətirə biliblərsə, mən bunu irəliyə doğru atılmış bir addım hesab edirəm. Amma mən bilmirəm ki, ideologiyaları baxımından bir-birindən ciddi şəkildə fərqlənən bu partiyaların nümayəndələri nə dərəcədə eyni bir qrupun mövqeyini ifadə etməyi bacaracaqlar. Əgər bacaraqlarsa, buna normal yanaşmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB