Milli Məclisin spikeri qarşıdan gələn bayramlar münasibətilə Azərbaycan xalqını təbrik edib
Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib. İclasda ilk olaraq Şuşa şəhərinin işğalında həlak olanlar 1 dəqiqəlik sükutla yad ediliblər. Daha sonra spiker Oqtay Əsədov 9 may Qələbə bayramı münasibətilə deputatları və Azərbaycan xalqını təbrik edib. O qeyd edib ki, tezliklə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixinə Dağlıq Qarabağın azad olunması kimi yeni qələbə gününü əlavə edəcəyik.
Daha sonra o, ulu öndərin 88-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, ulu öndər Heydər Əliyev sayəsində qısa müddətdə Azərbaycan iri addımlarla inkişaf yolu keçib, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər onun zəhmətinin bəhrəsidir.
Ardınca cari məsələlərin müzakirəsinə başlanılıb.
Qeyd edək ki, iclasda ilk növbədə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı təkrar səsvermə keçiriləcək, sonra isə Naxçıvan MR-in Konstitusiyasına dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunacaq. İclasda həmçinin "Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanmış "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihələri müzakirə olunacaq.
Bundan əlavə deputatlar Balakən rayonunun inzibati ərazi bölgüsünə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB