Dalya Qribauskayte İrəvanda "soyqırımı qurbanları"nı yad edib

Dalya Qribauskayte İrəvanda "soyqırımı qurbanları"nı yad edib

Litva prezidenti xanım Dalya Qribauskayte İrəvana səfəri zamanı "erməni soyqırım"ı qurbanlarının Sisernakaberd memorial kompleksini ziyarət edib. SİA-nın Ermənistanın "Armtoday" agentliyinə istinadən verdiyi məlumata görə, o, "soyqırımı" qurbanlarının memorialına gül qoyub.

 

Xanım Dalya Qribauskayte həmçinin "erməni soyqırımı" muzey institutuna da baş çəkib. Litva prezidenti muzeyin eksponatları ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə