Dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti kəskin azalıb. SİA-nın xəbərinə görə, ötən gün "qara qızıl" təxminən 7 faiz ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 9,44 dollar və ya 8,6 faiz azalaraq 1 barelə görə 99,80 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 10,39 dollar azalaraq 110,80 dollar təşkil edib. Analitiklər ucuzlaşmanı ABŞ-da neftə olan tələbatın azalması ilə əsaslandırırlar.

 

Bundan başqa, dolların möhkəmlənməsi, ABŞ-da yüksək işsizlik səviyyəsi, eləcə də dünyada iqtisadi inkişaf tempinin azalmasından doğan narahatlıqlar da "qara qızıl"ın qiymətinə təsir edib. ABŞ-da xam neftin qiyməti 8,6 faiz azalıb və 100 dollardan da aşağı düşüb. Sonuncu dəfə belə qiymətlər 2008-ci ildə yalnız bir gün qeydə alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə