"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində A.Zeynallı 63 ünvanında yerləşən XVII əsr abidəsi Məktəb-Məsciddə kitab evi fəaliyyət göstərəcək. Qoruğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 1646-cı ildə II Şah Abbasın yaxın adamı İmam Qulu tərəfindən tikilmiş Məktəb-Məscid yenicə bərpa edilmiş, günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilmiş və fasadı tarixi görkəminə qaytarılıb.
Qız Qalası yaxınlığında yerləşən və əvvəlki dövrdə məktəb kimi fəaliyyət göstərərək tələbələrə orta dini təhsil verən Məktəb-Məscid indi insanları bilik mənbəyi olan kitablara yaxınlaşdıracaq. Burada kitab evinin açılmasında əsas məqsəd abidəni öz ilkin təyinatına qaytarmaq və cəmiyyətdə mütaliə vərdişini təbliğ etməkdir.
Kitab evinin açılışı may 7-si saat 12: 00-da Qız Qalasının qarşısındakı meydançada baş tutacaq. Açıq havada keçiriləcək tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, eləcədə kitabsevərlər iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB